Təqvim
Xocalıya görə üzr istəməyə çağıran erməni öldü
15 oktyabr 2021 - 19:30

Qarabağ münaqişəsinin sülh yolu ilə bitməsi uğrunda son 26 ildə yorulmadan çalışan erməni hüquq müdafiəçisi Georgi Vanyan bu gün vəfat edib.

 

Vanyan bir müddət öncə koronavirusa yoluxaraq, Tiflis xəstəxanasında müalicə alırdı.
 

Georgi Vanyan Ermənistandan fəaliyyət göstərən hüquq müdafiəçisi idi. O, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri kimi tanınmışdı.
 

G.Vanyan Azərbaycana qarşı xoş fikirlərinə, Xocalı soyqırımına görə Ermənistanın üzr istəməli olduğunu dediyinə və ümumiyyətlə, Qarabağın Azərbaycan əraziləri olduğunu etiraf etdiyini görə hər zaman rəsmi İrəvanın təzyiqlərinə məruz qalıb.

 

Ermənistanda çoxları onu Azərbaycan və Türkiyənin agenti hesab edir, hətta vətən xaini adlandırırdı.

 

Georgi Vanyan 1963-cü ildə Azərbaycanın Goranboy rayonundakı Qaraçinar kəndində anadan olub. 1991-ci ildə İrəvan Dövlət Teatr və Kino İnstitutunu bitirib. 1994-cü ilə qədər Ermənistanda teatr və kino aktyoru olub. 1992-1994-cü illərdə "Yerevan Tatron" teatrının qurucusu və bədii rəhbəri olub. 

 

1993-1997-ci illərdə "Arar" jurnalının təsisçisi və baş redaktoru işləyib. 1997-2005-ci illərdə - İrəvandakı 61 saylı məktəbin direktoru vəzifəsində çalışıb. 

 

1989-cu ildən 2004-cü ilə qədər uşaq hüquqlarının müdafiəsilə məşğul olub. 

 

2002-ci ildə "Qafqaz Sülh Təşəbbüsləri Təşəbbüsləri Mərkəzi"ni qurub. Dəfələrlə ermənilərlə azərbaycanlıların görüşlərini təşkil edib.
 

2014-cü ildə Ermənistan hakimiyyətinin təhdidlərindən və siyasi təzyiqlərindən sonra mərkəzi bağlamaq və İrəvanı tərk etmək məcburiyyətində qalıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, ...
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə