Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Stepanavan rayonu Surb Nşan küçəsində yerləşən hərbi hissənin ərazisini qanunsuz olaraq satıb. Bu barədə Ermənistan polisi məlumat yayıb. Bildirilir ki, şübhəli, 2008-ci ilin mart ayında, vəzifə mövqeyindən istifadə edərək hərbi hissənin 6 hektardan çox ərazisini 58 milyon drama (təxminən 126 min dollar) satıb. Aprel ayında torpaq mülkiyyəti barədə vətəndaşlara sənəd verilib. Faktla bağlı Ermənistanın İstintaq Komitəsində cinayət işi açılıb.
Bütün hüquqlar qorunur © 2024