Təqvim
“Xalam oğlu mənə təcavüz edib” - Fuad Qəhrəmanlının qızından İDDİA
12 oktyabr 2021 - 17:55

Tanınmış siyasətçi Fuad Qəhrəmanlı qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

 

S.Qəhrəmanlı hadisənin 1 il əvvəl baş verdiyini yazıb. O, hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:

 

“İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam. 2020-ci il 24 avqust tarixində vəkilim Zibeydə Sadıqova ilə görüşdüyüm üçün evə bir qədər gec qaldım. Anamla danışanda mənə evə gəlmək əvəzinə xalam Sürəyya Ağayevanın evinə getməyimi xahiş etdi. Bunun səbəbi onların şəhərin mərkəzində yaşaması və olduğum yerin onların evinə çox yaxın olması idi. Xalamgil həftənin bəzi günləri Bakıda, bəzi günləri isə Beyləqanda olur. Mən onlara gedəndə yalnız xalam oğlu evdə idi”.

 

S.Qəhrəmanlının iddiasına görə, xalası oğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra ona təcavüz edib: “Mənə stəkanda içki uzadıb "bunun dadına bax. Mənim xoşuma gəlmədi bu. Səncə necədi?" kimi bir cümlə qurub içməyi təklif etdi. Sadəcə bir-iki qurtum alıb tamına baxdım və ondan sonra tamamilə boşluqdur. Yalnız qırıq-qırıq, aydın olmayan bəzi epizodlar xatırlayıram. Səhər özümə gəldim və başımı çevirdikdə yanımda əsgər var idi. O gün ilə bağlı xatırladığım ən net şey ağrı və qandır. Davamlı mənə heç nə olmadığını, mənim qusduğumu, paltarlarımı mənə kömək etmək üçün çıxardığını deyirdi”.

 

Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli etiraf etdiyini qeyd edib: “Sadəcə gerçəyi bilmək üçün ona yalandan hər şeyi xatırladığım deyib, sıxışdırdım. Nəhayət mənə özü hər şeyi danışdı (onda da yalan dediyi nöqtələr var idi). Verdiyi tək açıqlama isə "mən düşündüm ki, yəqin sən də istəyərsən" oldu”.

 

Yasamal Rayon Prokurorluğunda cinayət işinə iki dəfə "kifayət qədər sübut olmadığı" iddiası ilə xitam verdi. Halbuki cinayət işi materiallarında şəxsin cinayəti törətdiyini sübut edən ən az 3 tibbi ekspertiza rəyi var. Nəhayət, iki gün əvvəl olan Apellyasiya Məhkəməsində iş araşdırılmağa geri göndərilib”.

 

Qeyd edək ki, Sənay Qəhrəmanlının 18 yaşı tamam olmayıb. Zərərçəkmiş Sənay Yağmur məsələni özü sosial şəbəkədə ictimailəşdirdiyi üçün ad-soyad və şəklini açıq yayımlamışıq. Həmçinin əlavə edək ki, o, bir neçə il əvvəl intihar edən məktəbli Elina Hacıyeva ilə bağlı təşkil edilən aksiyalarda fəal iştirak edib. S. Yağmur hazırda Riqada yaşayır və həmin şəhərdəki hüquq məktəbində təhsil alır. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM, ...
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə