"Yaxşı oğlanın anası 2-ci dəfə evlənməz” deyən dostunu öldürdü

Təqvim
"Yaxşı oğlanın anası 2-ci dəfə evlənməz” deyən dostunu öldürdü
09 oktyabr 2021 - 11:49

Bu ilin yanvarında Şəmkirdə həmyaşıdını bıçaqlayaraq öldürən 17 yaşlı yeniyetmənin cinayət işi ilə bağlı detallar bəlli olub.

 

İş üzrə aparılan məhkəmə araşdırmasında məlum olub ki, R. Hüseynov tanışı Əhliman Tağıyevi anasının ünvanına dediyi ifadələrə görə öldürüb. Belə ki, R.-nin anası ikinci dəfə ailə qurubmuş. Ə.Tağıyev R.Hüseynovla ortaq dostlarına “R.-lə dostluq etmək məsləhət deyil”, “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz”, “R.-ə salam verən mənə salam verməsin” kimi sözlər deyib. Bunu öyrənən R.Hüseynov Əhliman Tağıyevi bıçaqlayaraq öldürüb.

 

Məhkəmədə dindirilən R.Hüseynov özünü qismən təqsirli bildiyini deyib:

 

“Ofisiant işlədiyim restoranda Əhlimanla münasibətimiz yarandı. 2020-ci ilin yayında aramızda narazılıq olub. Onun qohumundan xoşum gəlirdi. Mən də həmin qıza instaqramdan tanışlıq məqsədilə mesajlar yazmışdım. Həmin qız bu barədə Əhlimana dediyinə görə aramızda narazılıq yaranmşdı”.

 

Həmin vaxtdan sonra Ə.Tağıyevlə R.Hüseynov arasında münasibətlər korlanıb:

 

“Bir dəfə Əhliman dostumuz Nəzmini kənara çəkərək mənimlə dostluq etməyin məsləhət olmadığını deyib. Öyrəndim ki, mənim barəmdə “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz”, “R.-ə salam verən mənə salam verməsin” kimi sözlər deyib. Əhliman dəfələrlə uşaqların yanında anamın ikinci dəfə ailə qurmasına görə məni təhqir edib. Bu barədə onun özünə mesaj yazdım. Əhliman cavab olaraq mənə ana- bacı söyüşü söydü”.

 

Bundan sonra Ə.Tağıyevin Məmməd adlı dostu R.Hüseynova zəng edərək aralarında olan mübahisənin doğru olmadığını, bir yerdə çay içib söhbətin bağlanmasını, münaqişənin mehribançılıqla bitməsini xahiş edib. Bu məqsədlə 5 yanvar 2021-ci il tarixdə görüş planlaşdırılıb. Lakin görüş vaxtı yenidən münaqişə yaranıb.

 

“Həmin gün Əhliman yenə zəng edib mənə ana-bacı söyüşü söydü. Məmməd mənə Əhlimanın üzərində bıçaq ola biləcəyini dedi. Bir az sonra Əhliman, Məmməd, Sənan, Aydın və Həsən görüşdük. Əhlimanı qorxutmaq üçün üzərimdəki bıçağı çıxardım, ona bir bıçaq zərbəsi vurdum”, - deyə təqsirləndirilən şəxs qeyd edib.

 

Qeyd edək ki, Ə.Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib. R.Hüseynov hadisəni törədərkən 17 yaşında olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© Qafqazinfo
Kateqoriya:
ELM
Gülağa Tənha : Bir il əvvəl19:56, 07 dekabr 2021
Ermənistan parlamentində dava düşdü +VİDEO19:45, 07 dekabr 2021
Qızlarına təcavüz edən atanı ana güllələdi 19:34, 07 dekabr 2021
Kəlbəcərdə yol qəzasında həlak olan hərbçilərdən birinə şəhid statusu verildi18:54, 07 dekabr 2021
Azərbaycan-İran sərhədində atışma baş verdi 17:55, 07 dekabr 2021
Vəzifəli şəxslər bu halda 2000 manat cərimə ediləcəklər 17:45, 07 dekabr 2021
Türkiyədə erməni kilsəsi bərpa edildi 16:19, 07 dekabr 2021
Telman İsmayılovun İsraildəki mülklərinə həbs qoyuldu 14:41, 07 dekabr 2021
Cəbrayıl və Füzulidə minaya düşənlərə əlillik veriləcək 13:54, 07 dekabr 2021
Tanınmış iş adamı, şair-publisist Gülağa Tənhanın ( Qəmbərov ) Əli İnsanov haqqında fikirləri 10:08, 07 dekabr 2021
Gülağa Tənha : Məsələ belə başlamışdır...19:49, 06 dekabr 2021
Bakıda universitet yataqxanasında intihar edildi 17:18, 06 dekabr 2021
Qonşu ölkədə "Omikron"a yoluxma aşkar edildi 16:37, 06 dekabr 2021
Vətən müharibəsi iştirakçısı vəfat etdi 16:06, 06 dekabr 2021
Helikopter qəzasında şəhid olanların ailəsinə 11 min manat veriləcək15:25, 06 dekabr 2021
Reza Deqatinin dronu Şuşada naməlum əraziyə düşdü 15:13, 06 dekabr 2021
Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi +FOTO=413:23, 06 dekabr 2021
Paşinyanın qızı qəzəbə tuş gəldi +VİDEO12:27, 06 dekabr 2021
İranda mollanın qulağını kəsdilər 11:30, 06 dekabr 2021
Parlamentin tualetində narkotik maddə tapıldı 11:09, 06 dekabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə