DTX Ermənistana işləyən casusu HƏBS ETDİ

Təqvim
DTX Ermənistana işləyən casusu HƏBS ETDİ
02 oktyabr 2021 - 10:45

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir.

 

DTX xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

 

İstintaq zamanı məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürüb, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.

 

Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.

 

Hazırda qeyd olunan cinayət əməllərinə dair cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Cəbrayılda tikinti aparan şəxs minaya düşdü 17:40, 29 noyabr 2021
Mağazada saxta spirtli içkilər aşkarlandı 17:20, 29 noyabr 2021
Prezident İlham Əliyevin Rusiyanın “Rossiya-1” telekanalına müsahibəsi 13:41, 29 noyabr 2021
Ümrə ziyarətində vəfat edən azərbaycanlı zəvvar Mədinədə dəfn edildi 12:27, 29 noyabr 2021
Azərbaycan daha bir ermənini TƏHVİL VERDİ19:27, 27 noyabr 2021
Koronavirusun yeni növünə yoluxma aşkar edildi 19:13, 27 noyabr 2021
Gülağa Tənha : Növbəti özül tökmə19:08, 27 noyabr 2021
Sarkisyanla Paşinyanın istefası tələb olundu 18:58, 27 noyabr 2021
18 yaşlı qız özünü binadan atdı 18:41, 27 noyabr 2021
Kürdəmirdə mikroavtobus aşdı 16:36, 27 noyabr 2021
İşğaldan azad edilən Füzulinin Qoçəhmədli kəndi +VİDEO15:30, 27 noyabr 2021
21 yaşlı oğlan intihar etdi 11:36, 27 noyabr 2021
Gorus-Qafan yoluna görə Ermənistanda yanacaq bahalaşacaq 11:14, 27 noyabr 2021
3 yaşlı uşağın babası bioloji atası çıxdı 11:02, 27 noyabr 2021
Gülağa Tənha Məhz dediyi vaxta tikinti işlərini yekunlaşdırıb, binanı təhvil verdi!18:52, 26 noyabr 2021
“Demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq” - Paşinyan18:26, 26 noyabr 2021
Soçidə Əliyev, Putin və Paşinyanın görüşü başladı +VİDEO18:21, 26 noyabr 2021
İrəvanda Azərbaycan əleyhinə mitinqlər davam edir 17:03, 26 noyabr 2021
Dekabrın 15-dən Bakıda istilik kəsilə bilər 16:54, 26 noyabr 2021
Qarabağda məhv edilən terrorçuya abidə qoyuldu 14:22, 26 noyabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə