Təqvim
Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi: Erməni əsilli mafiya lideri...
24 sentyabr 2021 - 10:18

Azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov qardaşı Maarif Mənsimov tərəfindən məhkəməyə verilib.

 

Bu barədə Türkiyənin “Sabah” nəşri yazıb.

 

Bildirilib ki, qardaşı Mənsimovu dələduzluqda ittiham edib. Maarif Mənsimov qardaşının “qəsdən dələduzluq”, “etibardan sui-istifadə etmə” və prokurorluğun müəyyən edəcəyi digər cinayətlərə görə mühakimə olunmasını tələb edib. O, iş adamının çirkli pulların yuyulmasında və bir çox cinayətlərdə əli olduğunu, mafiya ilə əlaqələrinin olmasını iddia edib.

 

Maarif Mənsimov şikayət ərizəsində qeyd edib ki, qardaşı yalan söyləyərək dövlət adamları ilə əlaqəsi olduğunu bildirməklə iş dünyasını və bankirləri aldadıb və bununla da bütün ətrafına ziyan vurub.

 

O, Beşiktaş Ulusda yaşadığı villanın təxminən 17 il əvvəl Mübariz Mənsimovdan aldığını, ancaq həmin vaxt Türkiyə vətəndaşı olmadığı üçün evini “Palmali” şirkəti üzərinə qeydiyyata saldığını, bir müddət sonra isə qardaşının evin onun adına keçirilməsini dəfələrlə ləngitdiyini bildirib. İddiaya görə, daha sonra isə iş adamı villanı borclarının müqabilində özəl banklardan birinə girov verib.

 

Maarif Mənsimov, həmçinin, şikayət ərizəsində qardaşının davamlı olaraq insanlara dələduzluq etməsi, çirkli əlaqələr qurması, eyni gəmini üç fərqli adama satması səbəbindən onunla əlaqələri kəsdiyini bildirib.

 

O iddia edib ki, Mübariz Mənsimovla bərabər digər şübhəli şəxs – Nuray N.P. da onun çirkli işlərinin icraçısı, bəzən isə koordinatoru olub.

 

Qardaşı iş adamnının “Sberbank”, Lukoil” kimi xarici şirkətlərin, o cümlədən yerli şirkətlərin zərərlə üzləşmələrinə səbəb olan saxtakarlıqlar etdiyini, Nuray N.P. ilə birlikdə saxta pul köçürmələri nəticəsində bir çox insana ziyan vurduqlarını iddia edib. Şikayət ərziəsində Mübariz Mənsimovun çirkli pulların yuyulmasında iştirakı ilə tanınan erməni əsilli mafiya lideri Levon Termedzyan və Sezgin Baran Korkmaz kimi şəxslərlə yaxın əlaqələrindən bəhs edilir.

 

“Bütün bunlar şübhəlilərin əsl üzünün, ölkəyə və cəmiyyətə verdikləri zərərin daha yaxşı başa düşülməsi üçün açıqlanır. Bu qədər haqsızlıq, qanunsuzluq və vurulan ziyan qarşılıqsız qalmamalıdır. Bu insanların layiq olduqları şəkildə cəzalandırılmaları üçün bu şikayəti vermək məcbutiyyətində idim”, - deyə Maarif Mənsimov məhkəməyə verdiyi ərizəsində qeyd edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə