Təqvim
Bakıda mağazadan AĞLAGƏLMƏZ OĞURLUQ +VİDEO
18 sentyabr 2021 - 19:11

Bakıda mağazaların birində qeyri-adi oğurluq qeydə alınıb.

Sonxeber.az-a daxil olan məlumata görə, hadisə Xırdalan-Binəqədi şossesi, 4 ünvanında, Dövlət Yol Polisi binası ilə "Neptun" marketinin arasında yerləşən mağazada baş verib.

Belə ki, mağazaya gələn müştəri 12 manatlıq uşaq geyimi alıb, lakin 100 manata xırdasının olmadığını deyərək, aptekdən xırdalayıb gələcəyini bildirib.

Mağazadan çıxıb və (heç aptekə getmədən) bir müddət sonra əlində dərmanla qayıdıb. Həmin dərmanı aptekdən aldığını. amma orada da xırda olmadığından 100 manatını əczaçıda qoyduğunu deyib.

Paltar mağazasının satıcısına 10 manat verib və aptekdən "aldığı" dərmanın pulunu vermək üçün iki 50 manatlıq istəyib, əşyalarını mağazada qoyaraq, dərmanın pulunu ödəyib qayıdacağını və 2 manatı da gələndə verəcəyini deyib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə