Təqvim
Vüqar Səfərli yeyintilərə görə Əli Həsənovu günahlandırdı
17 sentyabr 2021 - 19:44

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Səfərli ifadə verib. O, ittiham aktında göstərilən faktlar üzrə özünü təqsirli bilməyib:

 

“KİVDF-də qərarları mən vermirdim, Müşahidə Şurasının verdiyi qərarları icra edirdim. Amma Müşahidə Şurasından heç kim istintaqa cəlb olunmayıb.

 

Vəzifəyə təyin olunanda Ramiz Mehdiyev məni çağırıb dedi ki, Fonda Əli Həsənov kuratorluq edəcək və nə kömək lazımdırsa göstərəcək.

 

Əvvəlcə Əli Həsənov bizə sahib olduğu ofis binasında yer təklif elədi. Normalda kvadratı 22-23 manat olan yeri bizə 18 manatdan icarəyə verəcəyini dedi. Amma ittiham aktında göstərilib ki, kvadratına 47 qəpik ödəmişik”.

 

V.Səfərli qeyd edib ki, onlara ayrılan vəsait Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilirdi: “Biz ayrılan puldan artıq məbləğ qalanda dövlət büdcəsinə geri qaytarırdıq. 2019-cu ildə 31 466 manat pulu büdcəyə qaytarmışdıq”.

 

Sabiq direktor arvadının adına olan “Futbol+Qol” qəzetinə digər qəzetlərə ayrılan şərtlər əsasında maliyyə ayrıldığını bildirib: “Yardım ayrılacaq qəzetlərin siyahısını Prezident Administirasiyasın İctimai-Siyasi Məsələlər Şöbəsinin tövsiyəsi əsasında Müşahidə Şurası hazırlayırdı.

 

Bir dəfə Əli Həsənov məni yanına çağırıb dedi ki, qəzetlərin səviyyəsindən narazılıq var. Maliyyə yardımı ayrılan qəzetlərin sayını azaltmaq lazım idi. Qərar verildi ki, 20 min manat gündəlik, 10 min manat günaşırı, 5 min manat isə həftəlik çıxan qəzetlərə aylıq maliyyə yardım ayrılsın. Yəni bu məsələlərdə mənim heç bir səlahiyyətim olmayıb”.

 

Vüqar Səfərli jurnalistlər üçün tikilən binalarda materialların keyfiyyətsiz olmasından xəbərsiz olduğunu bildirib: “Qiymətqoyma komissiyası rəy vermişdi ki, jurnalistlər üçün tikilən birinci binaya görə 31 milyon, ikinci binaya görə 26 milyon manat lazımdır. Həmin vəsaiti də şirkətin hesabına köçürdük.

 

Tikintiyə Əli Həsənov şəxsən nəzarət edirdi, özüm də vaxtaşırı gedib baxırdım. Amma tikinti materiallarının keyfiyyətinə nəzarət edə bilmirdim”.

 

V.Səfərli üzərinə həbs qoyulan əmlaklarını vəzifəyə gəlməzdən əvvəl aldığını bildirib: “2006-cı ildən mənim öz biznesim olub. Adımda olan əmlakların hamısını Fonda icraçı direktor təyin olunmamışdan əvvəl əldə etmişəm”.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© Qafqazinfo
Kateqoriya:
ELM
Qubadlıda gömrük postu yaradıldı 18:34, 27 oktyabr 2021
Müdir işdən çıxmaq istəyən işçini döydü 18:27, 27 oktyabr 2021
Rövşən Əkbərova hökm oxundu: 10 il həbs, 40 min manat da ödəməli olacaq18:10, 27 oktyabr 2021
Türkmənistan prezidenti məşhur serialın ssenari müəllifi olduğunu İDDİA ETDİ17:47, 27 oktyabr 2021
Azərbaycan və Türkiyənin dini liderləri QARABAĞDA15:31, 27 oktyabr 2021
Gülağa Tənha Kitab təqdimatı (professor Nizami Cəfərov, tamaşa və "Xəzər" mahnısı)15:08, 27 oktyabr 2021
Bu universitetdə erməni dilinin tədrisinə başlanıldı 14:59, 27 oktyabr 2021
Ağdaşda 15 yaşlı qız intihara cəhd etdi 14:17, 27 oktyabr 2021
Mingəçevirdə saxta koronavirus pasportu satan xəstəxana rəhbərliyinə cinayət işi açılıb 12:58, 27 oktyabr 2021
Ailə aclıqdan ölməmək üçün uşağını 500 dollara satdı11:16, 27 oktyabr 2021
İrana kiberhücüm olundu: SİSTEM ÇÖKDÜ18:21, 26 oktyabr 2021
Koçaryanın deputatını tribunadan sürüyərək atdılar +VİDEO18:14, 26 oktyabr 2021
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilandan yeni foto paylaşıb +FOTO=218:07, 26 oktyabr 2021
Qarabağda döyüşən ABŞ ermənisindən etiraf +VİDEO18:01, 26 oktyabr 2021
Gülağa Tənha Kitab təqdimatı (anons, tamaşa, qəzəl)17:18, 26 oktyabr 2021
Prezidentlər Zəngəzur dəhlizinin təməlini qoydu 15:30, 26 oktyabr 2021
Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi 14:27, 26 oktyabr 2021
1075 il həbs cəzası alan Adnan Oktarın həbsxanadan yeni fotosu14:17, 26 oktyabr 2021
Tanınmış yazıçı Narkoloji Dispanserdən EVƏ BURAXILDI11:33, 26 oktyabr 2021
İki polis əməkdaşı silah oğurluğuna görə TUTULDU10:55, 26 oktyabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə