Təqvim
15 yaşlı oğlanın intiharının TƏFƏRRÜATI
04 sentyabr 2021 - 15:38

Əliyev Aqşin Xəyyam oğlu 2006-cı il yanvarın 5-də doğulub.

 

15 yaşlı yeniyetmə yaşadığı evdən 2 kilometr məsafədən keçən Yuxarı Qarabağ kanalında özünü suya ataraq intihar edib. Ailəsi Aqşinin göz görə-görə ölümə sürüklənməsinə səssiz qaldıqlarına görə özlərini günahkar bilir. Nənəsi Ruqiyyə Cavadova deyir ki, gərək uşağı həkimə aparardıq: "Söhbət edəndə deyirdi mən həyatımdan bezmişəm. Düşmənimiz yox heç kimin günahı yox. Onun xətrinə heç kim dəymirdi. əvvəldən deyir di, ki özümü atacağam suya. Gəlib mənə deyirdi ki, nənə sən get bizdə yat mən sənin yerində yatacağam. Səhər gəlirdim ki, hələ yatmayıb. Deyirdim ay bala bu telefon səni məhv edəcək. Deyirdi onsuzda mən həyatımdan bezmişəm. Biz gərək onu həkimə apardıq".

 

Yaxın qohumları isə yeniyetmənin ölümünün arxasındakı sirr pərdəsini qaldırıb, Aqşinin əslində sevdiyi qıza görə intihar etdiyini deyir. İntihar edən yeniyetmənin əmisi Samir Cavadov bildirir ki, Aqşin özünə çox qapanmışdı, ailədə heç bir problemi yox idi: "İstədiyi qız olub. Qızın nişanı olub. Saytlarda da yazıb ki, ya o nişanı məhv edəcəyəm ya da özümü. Məncə qıza görə başqasına verildiyinə görə fikirləşib bu hadisə baş verib."

 

15 yaşlı yeniyetmənin istədiyi qızın nişanlanmağı da, onun bu cavabsız sevgi səbəbindən özünü öldürməyi də Aqşindən sonra çox sualları cavabsız qoyub. Aqşinin sevdiyi qız neçə yaşında idi? Kim idi? 9-cu sinfi yeni bitirən yeniyetmənin sevdiyi qızın valideynləri o yaşda qızı kimə, niyə ərə verirdi? Əslində elə o qızın da kimliyini Aqşin sirr olaraq özü ilə apardı. Yaxınları isə ən çox sosial şəbəkələrdən narazıdır. Aqşinin yaxın qohumu Rza Rzayev deyir ki, telefon ucbatından ailələr dağılır, gənclər yolundan çıxır, müsibətlər baş verir: " Bu telefon ucbatından hər şey olur. Gündə bir sosial şəbəkə yaradılır. Sosial şəbəkələrə qadağalar qoyulsun".

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Araşdırmanın nəticələri açıldıqdan sonra Aqşinin ölümünün gerçək səbəbləri üzə çıxacaq.APA

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə