Əfqanıstanın yeni hökumətinə “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə başçılıq edəcək. Bunu hərəkatın mədəniyyət komissiyasının üzvü Anamulla Səmənqani bəyan edib. “O, hökumət başçısı olacaq. Bu barədə heç bir şübhə olmamalıdır”, -deyə “Taliban” rəsmisi bildirib. Yayılan məlumatlara görə, yeni hökumətin tərkibi sentyabrın 3-də elan ediləcək.
Bütün hüquqlar qorunur © 2025