Çapa göndər
Əfqanıstanın yeni hökumətinə “Taliban” lideri rəhbərlik edəcək

01 sentyabr 2021 - 19:59

Əfqanıstanın yeni hökumətinə “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə başçılıq edəcək.

Bunu hərəkatın mədəniyyət komissiyasının üzvü Anamulla Səmənqani bəyan edib.

“O, hökumət başçısı olacaq. Bu barədə heç bir şübhə olmamalıdır”, -deyə “Taliban” rəsmisi bildirib.

Yayılan məlumatlara görə, yeni hökumətin tərkibi sentyabrın 3-də elan ediləcək.