Rusiyanın paytaxtı Moskvanın qərbində 17 mərtəbəli biznes mərkəzindən yanğınla əlaqədar 10 minə yaxın şəxs təxliyə olunub. Yanğın binanın yeraltı parkinq məntəqəsində başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının qarşısı alınıb. İnsident nəticəsində xəsarət alanların olmadığı deyilir.
Bütün hüquqlar qorunur © 2024