Təqvim
FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir (+FOTO=9, +VİDEO)
11 avqust 2021 - 19:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər.

 

Nazirlikdən verilən məlumata görə, ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Köycegiz, Pınar, Karayer, Kavacık, Cayhisar, Otmanlar rayonu, Kavaklı dərə bölgəsinin Hüseyn Yayla rayonu və Məntəşə bölgəsinin Yılanlı rayonunda yanğınlarla mübarizə aparıblar. Bu rayonlarda müvafiq olaraq yanğınların kəşfiyyatı, söndürülmə və soyutma tədbirləri həyata keçirilib, yanğınların yayılması və infrastruktur obyektlərinə keçməsinin qarşısı alınıb.

 

Yanğınsöndürmə əməliyyatlarının mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində yanğınsöndürmə və xilasetmə bölmələri gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər. FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

 

Bundan başqa, Köycegiz istiqamətində yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi ötən sutka ərzində 6 dəfə uçuş həyata keçirməklə 57 ton, helikopter isə 21 dəfə uçuş həyata keçirməklə 53 ton su töküb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə