Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Dədəgünəş kəndində yerləşən “Zirvə” restoranında karantin qaydalarının pozulması halları aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı restoranın sahibi Müşviq Məmmədov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.
Bütün hüquqlar qorunur © 2025