Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün gündüz saatlarında Bakı - Qazax magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib. Belə ki, eyni istiqamətdə hərəkətdə olan Ucar rayonunun Qazyan kənd sakini, 1978-ci il təvəllüdlü Ceyhun Rəhim oğlu Rəhimovun idarə etdiyi "Qazel" markalı maşın Türkiyə vətəndaşı, 1960-cı il təvəllüdlü Fateh Şahinerin idarə etdiyi "TIR"ın arxa hissəsinə çırpılıb. Hadisə nəticəsində müxtəlif xəsarətlər alan C. Rəhimov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2025