Təqvim
İbtidai sinif müəllimləri üçün onlayn ixtisasartırma təlimləri
10 dekabr 2020 - 18:10

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün onlayn ixtisasartırma təlimləri keçirilir.


Təlimlərin əsas məqsədi müəllimlərin ibtidai sinif şagirdlərində oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə qabiliyyətlərinin üzə çıxarılması, onlayn dərslərin  təşkili metodikası üzrə bilik və bacarıqlarının artırılmasından, onlara metodiki dəstəyin göstərilməsindən ibarətdir.


“Yerlərdə metodistlərin hazırlanması məqsədilə müəllimlərin metodik bilik və bacarıqlarının inkişaf etdirilməsi”, “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” və “İbtidai təhsil səviyyəsində distant təhsilin təşkili metodikası”  adlı təlimlərdə  Bakının 12 inzibati rayonu üzrə ibtidai sinif müəllimləri iştirak edir.


Təlimlərdə distant formada dərs keçən müəllimlərin virtual məktəbdə tədrisin idarə edilməsi texnologiyasından istifadə bacarıqlarının inkişafı, şagirdlərlə virtual ünsiyyətin qurulması, məktəblilərdə oxuyub-anlama, dinləyib-anlama, yazı, riyazi bacarıqların inkişaf etdirilməsi, qiymətləndirmə vasitələrinin hazırlanması, sinfin idarəedilməsi, şagirdlə davranış qaydalarının təkmilləşdirilməsi kimi mövzulara toxunulur.


Fəal metodlar əsasında keçirilən təlimlərin yekununda ibtidai sinif müəllimlərinin bilikləri diaqnostik, summativ və formativ qiymətləndirilmə ilə yoxlanılacaq.


Müəllimlərin yekun qiymətləndirilməsi Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən aparılacaq. Yekun qiymətləndirmənin  nəticələrinə əsasən, ibtidai sinif  müəllimlərinə ixtisasartırma  təhsili  haqqında sertifikat təqdim olunacaq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə