Təqvim
Moody’s agentliyi Bank of Baku-nun reytinqini yüksəltdi!
09 dekabr 2020 - 17:00

Moody’s beynəlxalq reytinq agentliyi dərc etdiyi son hesabatında “Bank of Baku”-nun reytinqini yüksəldib.
 

Belə ki, bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi Caa1-dən B3 səviyyəsinə artırılıb. Agentlik eyni zamanda, Bank of Baku-nun baza kredit qiymətləndirməsini Caa1-dən B3 səviyyəsinə, yerli və xarici valyutada uzunmüddətli kontragent risk reytinqini və uzunmüddətli kontragent risk qiymətləndirməsini B3-dən B2 səviyyəsinə qaldırıb.
 

Agentliyin qeydinə əsasən, Bank of Baku-nun öhdəlikləri əsasən müştəri depozitlərindən və Mərkəzi Bankın maliyyələşməsindən ibarət olan maliyyə və likvidlik göstəriciləri stabildir. Həmçinin, 30 sentyabr 2020-ci il tarixinə əsasən, bankın likvidlik göstəriciləri yüksək səviyyədə olub, ümumi aktivlərinin 30%-ni təşkil edib.
 

Bank of Baku-nun maliyyə vəziyyətinin sabitliyi və likvidlik göstəricilərinin stabilliyi də agentliyin hesabatında öz əksini tapıb.
 

"Moody’s” ekspertlərinin rəyinə görə, bankın reytinqlərində bu yüksəlişin səbəblərindən biri də Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanın icrası çərçivəsində kreditlərin restrukturizasiyası istiqamətində görülmüş işlərdir.
 

Qeyd edək ki, Bank of Baku 5-i regionda olmaqla, ümumilikdə 18 filialı ilə 1 milyondan çox müştəriyə xidmət göstərir. Bank haqqında ətraflı məlumat almaq üçün Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi veb səhifəsinə-https://www.bankofbaku.com, Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq  daxil olaraq tanış ola bilərsiniz.
 

Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BİZNES
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə