Təqvim
İlham Əliyev Mərkəzi Banka yeni sədr TƏYİN ETDİ
13 aprel 2022 - 15:34

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Taleh Kazımov ötən gün Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib.

 

X X X 

 

Taleh Kazımovun dosyesi:

O, 1983-cü il sentyabrın 11-də Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.

 

Taleh kazımov karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-cü il fevral ayından 2006-cı ilin sentyabradək davam edən dövrdə Taleh Kazımov "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

 

2006-cı il sentyabr ayından 2007-ci ilin yanvarınadək T. Kazımov "Ernst & Young" şirkətində auditor vəzifəsini tutub. Sonra isə 2007-ci ilin iyul ayınadək "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin Baş direktoru vəzifəsində çalışıb.

 

Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyul ayından başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ilin avqust ayından isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

 

07.12.2011-ci ildən Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib. Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.

1 iyul 2015-ci il tarixində Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Taleh Kazımov 2015 – 2018-ci illərdə "PAŞA Bank Gürcüstan" ASC-nin Müşahidə Şurasının üzvü, 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar Şurasının üzvü və vitse-prezidenti olub.

Eyni zamanda 2015–2019-cu illərdə o, "PAŞA Yatırım Bankası" A.Ş.-də Direktorlar Şurasının üzvü olub. 2019-cu ildən etibarən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Direktorlar Şurasının üzvüdür.

Taleh Kazımov 2019-cu ildə "EMEA Finance" tərəfindən Şərqi Avropa və post-sovet ölkələri üzrə "Ən yaxşı baş icraçı direktor (The Best CEO)" mükafatı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

Sosial şəbəkələrdə paylaş:
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
Tatlısəs millət vəkili olmaq üçün 5-ci dəfə cəhd edir15:06, 28 mart 2023
Gülağa Tənha: Keçmişi fəhlə olan azərbaycanlı milyonçu haqqında bilmədikləriniz…15:03, 28 mart 2023
Prezident İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndə təyin etdi 14:57, 28 mart 2023
Bakı sakinin polis bölməsində öldürülməsi barədə RƏSMİ AÇIQLAMA15:37, 27 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə