Təqvim
BDU-nun Psixoloji Yardım Sektorunun əməkdaşı erməni terrorundan əziyyət çəkən uşaqlara psixoloji yardım göstərir
09 dekabr 2020 - 16:56

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji Yardım Sektorunun (PYS) əməkdaşı Natavan Həsənzadə UNICEF-in təşkil etdiyi layihə çərçivəsində 44 günlük Vətən müharibəsi dövründə erməni terrorundan zərər çəkmiş və hazırda sığınacaqda olan uşaqlara ilkin psixolojı yardım göstərir.
 

Dekabrın 1-dən başlayan layihənin birinci mərhələsində BDU-nun Psixoloji Yardım Sektorunun əməkdaşı Natavan Həsənzadə bir qrup psixoloq və sosial işçi qrupu ilə birgə qeyd edilən bölgələrdə uşaqlarla ilkin psixoloji yardım göstərmək məqsədilə konsultasiyalar keçirir. İlkin mərhələdə psixodiaqnostik metodların köməyi ilə korreksiyaedici proqram üzrə aparılacaq işlərin strategiya və taktikası müəyyən olunur; ailə üzvlərinin ümumi və psixoloji durumları təyin edilir, zərərçəkmiş insanlarla ilkin psixodiaqnostik iş aparılır, psixoloji dəstəyə ehtiyacı olan insanların qrupları müəyyənləşdirilərək iş planı qurulur. Terror nəticəsində travma alan uşaqların psixi inkişafında baş verə biləcək qüsurların qarşısını almaq məqsədilə psixoloji xidmətin əsas yönlərində -  psixodiaqnostika, psixokorreksiya, psixoloji məsləhət və psixoprofilaktika istiqamətində konsultasiyalar keçirilir. Ermənilərin raket hücumlarından dərin sarsıntı keçirmiş, dəhşətli terrorun ağrı-acısını yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələrlə, uşaqlarla mütəmadi profilaktik söhbətlər aparılır, psixoloji yardımlar göstərilir.


Layihənin əsas məqsədi Gəncə, Bərdə, Ağcabədi və Goranboy rayonlarında müharibə dövründə zərərçəkmiş uşaqların post-tramvatik stress mərhələsindəki psixioloji sağlamlıqlarının bərpasına yardım etmək, onlara normal həyata adaptasiya olunmalarına dəstək olmaqdan ibarətdir. Layihənin növbəti mərhələsində yaş qruplarına əsasən qrup terapiyası, fərdi konsultasiyalar və psixoloji təlimlər həyata keçiriləcək.


UNİCEF ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, ASAN Könüllüləri Gənclər Təşkilatı və Regional İnkişaf İctimai Birliyi (RİİB) birgə üç ekspress-təlim keçirib. Psixoloqlar və sosial işçilər üçün keçirilən təlimlərdə BDU-nun Psixoloji Yardım Sektorunun əməkdaşları Natavan Həsənzadə və Turqay Əlisalamzadə fəal iştirak edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə