Təqvim
NAYORA-nın təşkilatçılığı ilə “Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu” mövzusunda onlayn ictimai müzakirə keçirilmişdir
06 dekabr 2020 - 13:53

4 dekabr 2020-ci il tarixində NAYORA-nın təşkilatçılığı ilə  “Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu” mövzusunda onlayn ictimai müzakirə keçirilmişdir.


İctimai müzakirə “ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalıq konsepsiyasının əhəmiyyətinin aşılanması” layihəsi çərçivəsində həyata keçirilb.


Arasında gənc ataların da yer aldığı 100-ə yaxın iştirakçının qoşulduğu ictimai müzakirədə bir sıra tanınmış, ictimai fəaliyyətlərində mühüm nailiyyətlər əldə etmiş fəal şəxslər spiker qismində çıxış edərək mövzu ilə bağlı müzakirələr apardılar. Kişilərin, xüsusilə ataların gender əsaslı zorakılıqla mübarizədə rolunu əsas istiqamət kimi götürən görüşün spikerləri, gənc atalar - Oktay Namazov, Vafa Ali,  Əliyar Hüseynov və Sevinc Hüseynova öz təcrübələrini bölüşərək gender bərabərliyinin cəmiyyətin inkişafındakı roluna və əsas önəm kəsb edən məsələlərə toxundular.


İctimai görüşün keçirilməsində əsas məqsəd “16 günlük kampaniya” ya dəstək olaraq həm gənc ataların gender bərabərsizliyi məsələsində rolunu stimullaşdırmaq, həm də bütün dünyada qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağırış etmək olmuşdur. “Qadınlara Qarşı Zorakılıq Əleyhinə 16 Günlük Fəallıq Kampaniyası” dünyanın diqqətini qadın və uşaqlara qarşı dəhşətli zorakılığının bütün formalarına o cümlədən insan alveri, uşaq evliliyi, məcburi evliliklərə və məişət zorakılığına yönəltmək məqsədi daşıyır.


Qeyd edək ki, layihə BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondunun (UNFPA) Avropa və Mərkəzi Asiya üzrə Regional ofisi və onun həyata keçirdiyi “EU4GenderEquality: Birlikdə gender əsaslı stereotiplərə və zorakılığa qarşı" proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.


Görüş, iştirakçıların fikir və təkliflərinin dinlənilməsi və müzəkirəsi ilə yekunlaşdı.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə