Təqvim
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi
30 noyabr 2020 - 14:29

"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Oğuz meşələrində qiymətli ağac növlərini qanunsuz olaraq kəsən dəstə üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan daha bir dəstənin üzvlərinə qarşı uğurlu əməliyyat həyata keçirilib.

DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Meşələrin İnkişafı Departamentinin əməkdaşlarından Oğuz rayonunun Filfilli, Xaçmaz və sair kəndlərinin ərazilərində yerləşən meşə zolaqlarında kütləvi şəkildə qanunsuz ağackəsmə əlamətlərinin müşahidə edilməsi barədə məlumat daxil olub. Hər iki qurumun əməkdaşları tərəfindən qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən kəndlərdə meşə zonaları nəzarətə götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qısa zamanda müəyyən olunub ki, həmin meşələrdə qiymətli növ ağacların qanunsuz kəsilərək emal sexlərinə satışı Oğuz rayon sakinləri Elşən Hüseynov və əvvəllər məhkum olunmuş Ehtibar Muxtarov tərəfindən həyata keçirilib. Həmin şəxslər əməliyyat nəticəsində saxlanılaraq Baş İdarəyə gətiriliblər.

Elşən Hüseynov və Ehtibar Muxtarov tərəfindən qanunsuz olaraq kəsilmiş ağaclar, onların oduncaqlarının yeri və digər ləvazimatlar maddi sübut kimi Baş İdarənin əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb. Ekspert rəyi ilə məlum olmuşdur ki, bu şəxslər qanunla qorunan meşə sahələrinə külli miqdarda maddi ziyan vurublar. Həmçinin araşdırma zamanı dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi məlum olmuşdur. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə