İkinci Qarabağ savaşının ordumuzun parlaq qələbəsi ilə yekunlaşması münasibətilə “Rabitəbank” nağd pul kreditinin şərtlərini hər kəs üçün əlçatan etdi. 12 noyabrdan 12 dekabradək “Nağd Pul” kreditini illik cəmi 15% ilə əldə etmək mümkündür. Üstəlik sahiblərinə üstünlüklər yaşadan Kartmane kredit və ya Kartmane debet kartı da kampaniya çərçivəsində hədiyyə olunacaq.
Bankın təklif etdiyi kreditin maksimal məbləği 20.000 AZN, zaminsiz maksimal məbləği 10.000 AZN, müddəti isə 36 ay təşkil edir. Bu və digər kampaniyalar barədə daha ətraflı məlumat əldə etmək üçün “Rabitəbank”ın 133 Çağrı Mərkəzinə zəng edə və ya www.rabitabank.com rəsmi veb-saytını ziyarət edə bilərsiniz. Bəhsi keçən kampaniyadan yararlanmaq üçün Bankın bütün xidmət məntəqələrinə yaxınlaşa bilərsiniz. “Rabitəbank” bir daha şanlı qələbə münasibətilə yumruq kimi bir olmuş Azərbaycan xalqını təbrik edir, qüdrətli Azərbaycan Ordusunun gücü və şücaəti ilə fəxr edir! "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Bütün hüquqlar qorunur © 2024