Təqvim
Hikmət Hacıyev: “İşğal olunmuş ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırırıq”
04 noyabr 2020 - 19:32

Ermənistan və qondarma rejim tərəfindən biri digərinə zidd olan çoxlu sayda yalan və saxta məlumatlar yayılır. Nəticədə bu kimi saxta məlumatların ifşası üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac qalmır.

 

AZpess.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Ermənistan müdafiə nazirinin AR Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni hərbçilərlə fotoşəkli Ermənistanın muzdlularla bağlı saxta kampaniyasını alt-üst etdi. Ermənistanın Müdafiə Nazirliyi və digər qurumları yeni muzdlu barədə məlumat verəcəklərini bəyan etdikləri halda, Ermənistanın Ədliyyə Nazirliyi üçüncü muzdlunun olmadığını etiraf etdi. Yəqin ki, səhnələşdirilmiş teatr üçün müvafiq şəxsi tapa bilməyiblər. Süni ruh yüksəkliyi yaratmaq üçün özünü bloqer adlandıran şəxslər cəlb olunaraq Ermənistan tərəfindən həmçinin saxta döyüş səhnələri hazırlanır.

 

İşğaldan azad edilmiş ərazilərimizdə mülki insanın öldürülməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır. Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biri də odur ki, Azərbaycan mülki insanlarla savaş aparmır.

 

Xocalı soyqırımı insanlıq əleyhinə cinayətinin bariz nümunəsi olaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsil mahiyyətini nümayiş etdirdi. İrqi ayrı-seçkilik əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı etnik təmizləmə törədilmişdir.

 

Tərtər, Gəncə, Bərdə və digər şəhərlərin mülki əhalisinin, o cümlədən azyaşlı uşaqların raket hücumları ilə qətlə yetirilməsi Ermənistanın Xocalı soyqırımı siyasətinin davamıdır. Dəyişən yalnız istifadə olunan vasitələrdir. Ermənistan silahlı qüvvələrinin doktrinasında və döyüş hazırlığında mülki Azərbaycan əhalisinin hədəfə alınması müəyyən edilmiş məqsədlərdən biridir.

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan mülki insanlar üçün ən böyük təhlükə Ermənistan və kriminal xunta rejimidir. Onlar tərəfindən mülki insanlara qarşı cinayətlərin törədilməsi və sonra buna görə Azərbaycanın günahlandırılması halları istisna edilməməlidir.

 

İşğal olunmuş ərazilərimizdə yaşayan mülki erməni əhalisini ayıq-sayıq olmağa və hərbi əməliyyatların getdiyi ərazilərdən kənar durmağa çağırırıq.

 

Azərbaycanın nəzarətində olan əraziyə keçmək istəyən mülki insanlara beynəlxalq humanizm prinsipləri əsasında bütün lazımi yardım və dəstək göstəriləcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə