Təqvim
- PROQNOZ İşğalçı ölkə çökəcək
19 oktyabr 2020 - 15:09

Ermənistanın mədən sənayesi ölkənin milli iqtisadiyyatının əsas hərəkətverici qüvvəsindən biridir. Bu ölkə dəmir, mis, molibden, qurğuşun, sink, qızıl, gümüş, antinomiya və alüminiumla zəngindir, dövlət reyestrində hazırda 670 mineral (o cümlədən 25 dən çox metal mədəni) mədəni qeydə alınıb . Mədənçıxarma sənayesi 2019-cu ildə ÜDM-in formalaşmasında 2.8%-lik paya malik olub.

 

Publika.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında deyilir.

Məlumatda həmçinin deyilir ki, bu sənaye ölkə ixracının əhəmiyyətli bir hissəsini təşkil edir. Belə ki, 2019-cu ilə Ermənistanın cəmi ixracı 2,6 milyard ABŞ dolları olub və onun 16%-ni qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatların ixracı 415 milyon ABŞ dolları təşkil edibr. Burada əsasən 710813 kodu üzrə qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftillər və profillər, lövhələr, təbəqələr və digərləri təşkil edib. 2019-cu ildə mis və ondan hazırlanan məmulatların ixracı azalmış, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 100 milyon ABŞ dolları təşkil edib. Qara metalların ixracı isə 150 milyon ABŞ dolları təşkil edib.

Göründüyü kimi qiymətli və az qiymətli metallar və onlardan hazırlanan məmulatlar Ermənistanın ixracının dörddə birindən çoxunu təşkil edir. Təkcə son 5 ildə mədən sənayesinin ixracından Ermənistana gələn valyutanın həcmi orta hesabla hər il üçün 500 milyon ABŞ dollarından çox olub. Bu da onu göstərir ki, bu sənaye Ermənistana valyuta gətirən önəmli sahədir. Məhz Rusiyadan sonra Ermənistanın əsas ixrac tərəfdaşının İsveçrə olması da bununla bağlıdır. Metal filizləri və konsentratlarının istehsalı bu sektorun istehsal dəyərinin təxminən 98%-ni təşkil edir.

 

Bu ilin sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı təcavüzünə cavab olaraq, ordumuzun başladığı əks həmlə hərəkatı bu ölkənin dağ-mədən sənayesinin çöküşünü sürətləndirib. Belə ki, təkcə Azərbaycanla sərhəddə yerləşən Sotk qızıl mədəninin tamamilə dayanması ümumilikdə ölkənin dağ mədən sənayesinin istehsalına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.
Məlumat üçün qeyd edək ki, Sotk Ermənistanın ən böyük qızıl mədənidir. Bu mədən Azərbaycanla sərhəddə yerləşir. Ermənistan tərəfi Sotk mədəni ilə yanaşı həm də qanunsuz olaraq Azərbaycan ərazisindəki Söyüdlü – Zod qızıl mədənini də istismar edir. Qeyd edək ki, Azərbaycan ordusunuz uğurlu əməliyyatı nəticəsində Murovdağ zirvəsi azad olunmasından dərhal sonra Ermənistan Sotk mədənində işləri dayandırdığını bildirdi. Bununla yanaşı Ermənistanda hərbi səfərbərliyin başlaması və ölkənin digər mədənlərində də işlərin yavaşlamasına səbəb olub. Çünki mədənlərdəki işçi qüvvəsi əsasən kişilərdir və onlar səfərbərlik çərçivəsində orduya cəlb olunurlar. İlkin hesablamamıza görə, savaşın davam etdiyi 3 həftə ərzində Ermənistan iqtisadiyyatı təkcə dağ mədən sənayesində yaşanan problemlər səbəbindən təxminən 20 milyon ABŞ dollarından çox zərər edib. Təbii ki, bu azalma məhz bu sektor üzrə ixracın da azalmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Eyni zamanda, unutmayaq ki, dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətlər ölkənin iri vergi ödəyiciləridirlər və bu sahədə istehsalın geriləməsi Ermənistanın dövlət büdcəsinin gəlirlərinin azalmasına da səbəb olacaq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə