Təqvim
46 yaşında Bakı Ali Neft Məktəbini seçdi
25 sentyabr 2020 - 16:22

Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50 tələbədən biri də Sarxan Mikayılovdur. 1974-cü il təvəllüdlü Sarxan Mikayılov tələbə yoldaşlarının hamısından yaşca böyükdür. 24 il sonra yenidən təhsil almaq istəyinə səbəb çox sürətlə inkişaf edən elmi texniki tərəqqi və daimi dəyişən dünya reallıqları ilə ayaqlaşmaq istəyidir. O hesab edir ki, müasir insan yaşından asılı olmayaraq öz üzərində işləməli, biliklərini təkmilləşdirməli, lazım gəldikdə yeni biliklərə yiyələnməkdən çəkinməməlidir.


1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsini qırmızı diplomla bitirən S.Mikayılov hazırda Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “Azre Təkrarsığorta” ASC-də Aktuar departamentin direktoru – Məsul aktuari vəzifəsində çalışır.


2011-2015-ci illlərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Aktuarlar Assosasiyasının dəstəyi ilə keçirilən altı mərhələdən ibarət olan “Aktuari kursları”nı müvəffəqiyyətlə başa vurub. 15 illik iş karyerası müxtəlif biznes sahələrini (İT və proqramlaşdırma, metallurgiya, poliqrafiya) əhatə edir. 2011-ci ildən isə sığorta sahəsində fəaliyyət göstərir.


“Karyeramın geri qalan illərini bisnes sahəsində fəaliyyət göstərən şirkətlərin idarəedici orqanlarında təmsil olunmağı, çalışacağım yerə daha çox fayda verməyi və əlbəttə öz biliklərimi daha da təkmilləşdirməyi düşünürəm. Bunun üçün əvvəlki iş təcrübələrimə nə qədər güvənsəm də “Biznes idarəetməsi” üzrə təhsilim olmadığından yenidən təhsil almaq qərarına gəldim. Hesab edirəm ki, idarəetmə nə qədər təcrübə və bacarıqlara əsaslansa da, müasir dövrümüzdə nəzəri biliklərsiz faydalı nəticə əldə etmək, hədəfə çatmaq çox çətindir. BANM-dəki təhsildən əsas gözləntim MBA proqramında tədris olunan fənlərin yüksək səviyyədə tədris olunmasıdır. Bu mənim nəzəri biliklərimin artmasına, təcrübi biliklərimin isə daha da sistemləşməsinə öz töhfəsini verəcəkdir”.


Bakı Ali Neft Məktəbini seçmə səbəbinə gəlincə, o bildirib ki, Bakı Ali Neft Məktəbi ölkədə fəaliyyət göstərən və beynəlxalq standartların tələblərinə cavab verən ali məktəblərin ilk üçlüyündə təmsil olunur.


“Mənim məqsədim də daha keyfiyyətli təhsil almaq olduğundan Bakı Ali Neft Məktəbində təhsil almağa qərar verdim”- deyə S.Mikayılov qeyd edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə