Təqvim
Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu bitirmiş mediatorların iştirakı ilə tədbir keçirilib
25 sentyabr 2020 - 16:13

Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş mediatorların iştirakı ilə videokonfrans formatında tədbir keçirilib.


Tədbirdə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas və Mediasiya Şurasının İdarə Heyətinin sədri vəzifəsini icra edən Ruslan Mirzəyev çıxış ediblər.


Natiqlər mediasiya institutunun tətbiqindən, bu sahədə beynəlxalq təcrübədən bəhs edib, ilk mediatorların qarşısında duran vəzifələrdən danışıb, onlara uğurlu fəaliyyət arzulayıblar.


Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində, məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiyanın tətbiqi üzrə önəmli addımlar atılıb, o cümlədən "Mediasiya haqqında Qanun" qəbul edilib, həmin Qanuna və dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına uyğun olaraq Mediasiya Şurası yaradılıb. Bu sahədə Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə çərçivəsində mediasiya üzrə təlimçilər hazırlanıb, Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Şuraya üzv qəbul olunub və beynəlxalq ekspertlər cəlb olunmaqla mübahisələrin alternativ həlli üzrə təlimçilərinin təlimi təşkil edilib.


Akademiya tərəfindən "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası"na uyğun olaraq mediator olmaq istəyən şəxslərin ilkin hazırlıq kurslarına başlanılıb. Kurslarda beynəlxalq ekspertlər Ruslan Mirzəyev və Adi Gavrilla tərəfindən  mübahisə nəzəriyyəsi, mübahisənin təhlili və dinamikası, mediasiyanın əsasları, mübahisələrin alternativ həlli, mediasiya prosesi və mərhələləri, mediasiyanın əsas prinsipləri (konfidensiallıq, bitərəflik/müstəqillik, qərəzsizlik, könüllülük) və digər aktual mövzular tədris olunub, praktiki məşğələlər keçirilib.


Kursun yekunu üzrə müvafiq imtahan keçirilərək 49 nəfər uğur qazanıb və onlar "Mediatorların ilkin hazırlıq kursu"nu bitirməklə bağlı sertifikata layiq görülüblər.


Ədliyyə Akademiyası tərəfindən mediator olmaq istəyən şəxslərin sənədlərinin qəbulu davam etdirilir və Avropa İttifaqının dəstəyi ilə müraciət etmiş növbəti qrup namizədlərin təlimlərə cəlb olunması, habelə respublikamızın bütün regionlarında mediasiya üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə