Təqvim
Bir çox qətillərin başında Mehdiyevin olduğu iddia olunur.. -– Vitse-spikerdən ağır ittihamlar
16 sentyabr 2020 - 11:45

Adil Əliyev: “Kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçirmisən, ya da onlara himayədarlıq etmisən”

Parlamentin vitse-spikeri Adil Əliyev Ramiz Mehdiyevin son açıqlamalarına münasibət bildirib.

"AZpress.AZ “ xəbər verir ki, A.Əliyev Ovqat.com-a açıqlamasında AMEA prezidentinin son fikirlərində sual doğuran çoxlu sayda məqamların olduğunu bildirib: “Ramiz Mehdiyevin “Təzadlar” qəzetinə açıqlama verib-vermədiyi sualı hələ də açıq qalır. AMEA belə bir açıqlama verilmədiyini bildirir, “Təzadlar” qəzeti isə israrla öz mövqeyinin üzərində dayanır. Bu mübahisəni onların öz ixtiyarlarına buraxıram”.

Ramiz Mehdiyevin bundan əvvəlki açıqlamalarını xatırladan A.Əliyev xüsusilə “nankor və süfrə qırıntıları ilə yaşayanlar” kimi fikirlərin üzərində dayanıb: “Ötən açıqlamasında Ramiz Mehdiyev öz əleyhdarlarını “satqın”, “əqidəsini dəyişən”, “həris”, “nankor” kimi səciyyələndirmişdi. Onun “Təzadlar”da dərc olunan açıqlaması da mahiyyət etibarilə əvvəlki mövqeyindən fərqlənmir. Odur ki, Ramiz Mehdiyevin verdiyi açıqlamanın arxasından niyə qaçdığı şəxsən mənə aydın deyil”.

AMEA prezidentinin açıqlamasında şantaj elementlərinin olduğunu bildirən vitse-spiker hesab edir ki, kimlərisə təhdid edən R.Mehdiyevin söylədikləri həm də öz cinayətylərinin etirafı hesab oluna bilər: “Əvvəla, adama deyərlər ki, kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçirmisən, ya da onlara himayədarlıq etmisən. Yox, əgər bunların heç birini etməmisənsə, niyə indiyə qədər susmusan? Niyə hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırmamısan? Elə bu faktın özü Ramiz Mehdiyevin cinayətkarlara himayədarlıq etməsinin sübutudur. Çünki cinayətə göz yummaq da o cinayətdə iştirak etmək deməkdir.

İkincisi, “susmasanız, faktları açıqlayaram” məntiqinin cinayət hüququnda bir adı var – şantaj. Ramiz Mehdiyev uzun illərdir dövlət adamı statusunu daşıyır. Şantaj dövlət adamına yox, kriminal ünsürlərə xas keyfiyyətdir.

Ən əsası isə, bilirsiniz ki, zaman-zaman Azərbaycan ictimai rəyində ölkədə baş verən bir çox qətl hadisələrinin, adam oğurluqlarının, gömrükdən və vergidən yayınmaların başında bu adamın durduğu iddia olunurdu.

Mətbuatda bu iddiaları təsdiqləyən kifayət qədər məlumatlar və dəlillər var. Bu mənada həmin təhdidlərin kimlərə ünvanlandığı aydındır. Əlbəttə, sözügedən iddiaların bəziləri sadəcə qarayaxma da ola bilər. Odur ki, həmin adamlar konkret mövqe ortaya qoymalı, iddiaları ciddi dəlillərlə inkar etməli, təhdidlərə boyun əymədiklərini açıq-aşkar sərgiləməlidirlər”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə