Təqvim
Azərbaycan onlayn dərslərə hazırdırmı?
15 sentyabr 2020 - 11:38

Azərbaycanda 2020-21-ci tədris ilinin başlamasına sayılı günlər qalıb. Amma dərslər ilk dövrlər, əsasən, onlayn keçilməlidir.

Rəsmi açıqlamaya görə, yalnız I-IV sinif şagirdləri sentyabrın 15-dən həftədə iki-üç dəfə adi qaydada məktəbdə dərs keçəcəklər. V-VIII siniflərin adi qaydada dərsləri oktyabrın 1-dən, IX-X siniflərinki isə oktyabrın 15-dən başlamalıdır.
Beləliklə, bir çoxlarının fikrincə, bu il məktəb hazırlıqlarında evlərdə elektrik, kompüter, internet kimi texniki təminatın səviyyəsi də xüsusi önəm daşıyır. Bəzi mütəxəssislər hesab edirlər ki, ölkədə təhsilin informasiyalaşması ilə bağlı dövlət proqramı qəbul edilməyib, buna görə də təhsildə informasiya kommunikasiyaları texnologiyalarının (İKT) tətbiqi kompleks xarakter daşımayıb. Onların fikrincə, məktəblərin genişzolaqlı internet təminatı, hər şagirdə düşən kompüterlərin sayı və təhsildə rəqəmsallaşma sahəsində problemlər var.

"Ailə var ki,...evdə kompüter, planşet və ya noutbuk yoxdur"
Təhsil sahəsi üzrə ekspert Məlahət Mürşüdlü AzadlıqRadiosuna deyib ki, onlayn dərs formatında texniki təminat və ailənin maddi vəziyyətindən çox şey asılıdır:
"Çox ciddi problemlər var. Ailə var ki, iki uşağı şagirddir, fərqli siniflərdə oxuyurlar, amma evdə kompüter, planşet və ya noutbuk yoxdur. Bu isə o deməkdir ki, uşaqlar onlayn dərslərdə iştirak edə bilməyəcəklər".
Ekspert əlavə edib ki, belə ailələri Təhsil Nazirliyi müəyyən etməli, onlara hökumət yardmı olunmalıdır.

M.Mürşüdlü vurğulayıb ki, 2019-2020-ci tədris ilində məhz texniki təminat olmaması üzündən minlərlə şagird təhsildən kənarda qalıb (koronavirusla bağlı Azərbaycanda dərslər martın 3-dən dərs ilinin sonuna kimi dayanmışdı. Dərslərin onlayn keçildiyi bildirilirdi): "Bu özünü rayonlarda, Bakıətrafı kəndlərdə göstərdi. Daha bir problem internetin sürətinin çox aşağı olması, tez-tez internet kəsintisi baş verməsidır".

Hələlik, bu fikirlərə, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərindən münasibət almaq mümkün olmayıb.


"Təhsil Nazirliyi də bilir,..."
Amma Milli Məclisin sədr müavini Fəzail İbrahimli "Turan" agentliyinə bildirib ki, indiki dərs prosesinin problemlərini Təhsil Nazirliyi də bilir, müəyyən məsələlər həllini tapar:
"Bu, bir qanunla aradan qaldırılası məsələ deyil. Valideynlər övladlarına təhsillə bağlı lazım olan tədbirləri görməlidirlər. Burada aztəminatlı ailələrin problemləri yaranır, fikrimcə, aidiyyəti qurumlar da bu ailələrə münasibətdə öz sözünü deyəcək".

"İnternet çəkdirmək bir-iki gün içində olmur"
İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Vahid Qasımov isə deyib ki, onlayn dərslər başlanır deyə, internetə üç-dörd qat çox müştəri qoşulacaq düşüncəsi doğru deyil: "Dəyişən bir şey olmayacaq. Onsuz da qoşulan qoşulub. Məktəb başlayır deyə, bizim ailələrin bir çoxu gedib uşağına kompüter alası, internet çəkdirəsi deyil".
V.Qasımov əlavə edib ki, bu, imkanlara bağlı məsələdir: "Ola bilər ki, əhalinin 30-35 faizinin imkanı yaxşıdır. Amma 65-70 faiz insan kasıblıq səviyyəsində yaşayır. İkincisi, internet çəkdirmək bir-iki gün içində olmur".


Onun fikrincə, paytaxt Bakının bəzi yerlərində və ümumilikdə Azərbaycanın bəzi regionlarında internetin sürəti çox aşağıdır.

Azərbaycanda rəsmi açıqlamalara görə isə, əhalinin yalnız 5 faizi yoxsulluq həddində yaşayır. Hərçənd, bəzi müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər.

Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 28 milyon 361 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 914 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 37 min 874 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 556 nəfərin vəfat etdiyi açıqlanıb.

Koronavirusla bağlı Azərbaycanda ötən tədris ilində dərslər martın 3-də dayanmışdı. Bu il isə yalnız I-IV sinif şagirdləri məktəblərə öz vaxtında, sentyabrın 15-də gedə biləcəklər. Onda da həftədə iki-üç dəfə olmaq şərti ilə. Rəsmi açıqlamalara görə, prosesin sonrakı gedişi sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə