Təqvim
Dİş məcunu içərisində narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb
12 sentyabr 2020 - 22:20

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə əsasən təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həsənov Hümmət İskəndər oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Şəki şəhər sakini Həsənov Bayram İskəndər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan iki ədəd diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd sellofan bükülüdə 3,094 qram heroin,1,848 qram tiryək və 0,245 qram metanfetamin aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə