2020-ci il 06 Sentyabr tarixində saat 12:31-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd müxtəlif çaplı top mərmiləri aşkar olunmuşdur. Aşkar olunmuş mərmilərdən 6 ədədinin üzərində partladıcı başlığı olmadığına görə, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmış, 1 ədəd top mərmisinin partladıcı başlığı üzərində olduğuna görə daşınması mümkün olmamış və növbəti iş günü yerində zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilmişdir.
Top mərmilərinin ətrafında 400 kv.m əraziyə yerüstü, 45 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Bütün hüquqlar qorunur © 2024