Təqvim
Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır
06 sentyabr 2020 - 23:26

Kaspersky, YARA qaydalarından istifadə edərək mürəkkəb təhdidlərin aşkarlanması üzrə onlayn təlimə başlayır. Bu təlim, kiber təhlükəsizlik mütəxəssisləri üçün hazırlanmışdır və GReAT* komandasının  ən yaxşı təcrübələri ilə tanış olmaq, üstəlik, xüsusi virtual laboratoriyada kiber təhdidlərin aşkarlanması üzrə yeni bacarıqlara yiyələnmək imkanı verir.


YARA qaydaları - yeni zərərli proqram nümunələrinin müəyyənləşdirilməsi və təsnif edilməsi işini sadələşdirən, faktiki sənaye standartına çevrilmiş bənzərsiz bir vasitədir. Təhlükəsizlik mütəxəssisləri onun sayəsində təhlükəsizlik həlləri, təhdidər haqqında məlumatlarla iş üzrə xidmətlər və ya  multiskanerlərdən istifadə edərək özlərinə uyğun faylları axtara bilərlər.


Kiber təhlükəsizlik mütəxəssislərinin öz effektivliklərini ən yaxşı səviyyədə saxlamaq üçün mütəmadi olaraq yeni bilikləri öyrənə bilməsi vacibdir. Məsələn, Kaspersky-nin** apardığı bir araşdırmaya görə, iri müəssisələrin rəhbər əməkdaşlarının 35% -i bu cür mütəxəssislərin təcrübə səviyyəsinin artmasını İT büdcəsinin artmasına təsir göstərən əsas amil adlandırır.


Təlimə 20-dən çox praktiki məşq daxildir. Məşqlərin məqsədi son bir neçə il ərzində Kaspersky tərəfindən aşkar edilmiş real mürəkkəb hücum nümunələrindən istifadə edərək YARA qaydaları yaratmaq bacarıqlarını inkişaf etdirməkdir.


 “YARA qaydaları həm yeni, əvvəllər məlum olmayan hücumların aşkarlanması, həm də artıq bilinən təhdidlərin təsnif edilməsi üçün əsas vasitələrdən biridir. Onlar kiber casusluq kampaniyalarını və hətta proqram boşluqlarından edilən ani hücumları araşdırmağımıza kömək edir və onlardan istifadə sayəsində hadisələrə cavab vermə müddəti xeyli sürətlənir. Kursu onlayn formatda başlatmaqdan məmnunluq duyuruq, çünki bu, təcrübəmizi və biliklərimizi geniş miqyasda kiber təhlükəsizlik mütəxəssisləri ilə bölüşməyimizə imkan verir," deyə Kaspersky-nin Rusiya tədqiqat mərkəzinin rəhbəri Yuri Namestnikov bildirib.


Kursa erkən pulsuz giriş, şiddət qurbanlarına kömək edən, insan haqlarının qorunması, kiber təhlükəsizlik, kiber siyasət və diplomatiya sahələrində araşdırmalarla məşğul olan və kiber təhlükəsizlikdə çalışan hərbi personala dəstək verən bir sıra qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarının işçiləri üçün açıqdır. Bu sıraya Blueprint for Free SpeechCircle of Women in CybersecurityCyber Peace FoundationDiploFoundation, Almaniyanın Federal Qadın Məsləhətxanası Mərkəzləri və Qaynaq Xəttlər Assosiasiyası, Paris Universitetinin GEODE Təhsil Layihəsi, Hərbi Məktəblərin Strateji Araşdırmalar İnstitutuSiyasi Araşdırmalar İnstitutuVetSec İcması daxildir.



 “Bu təlim sayəsində işçilərimiz yeni bacarıqlara yiyələnə və zərərli proqramlarla mübarizə texnologiyaları - YARA qaydaları və mürəkkəb təhdidlərin aşkarlanması üçün ən müasir texnikaları öyrənə biləcəklər. Bu, istismarların və proqram boşluqlarından edilən ani hücumların daha dərindən təhlil edilməsinə kömək edəcək və nəticədə eKawach layihəsini əhəmiyyətli dərəcədə təkmilləşdirəcək,” Cyber Peace Foundation-ın prezidenti Vinit Kumar deyib.


“Əsas hədəfimiz mentorluq və təhsil proqramları vasitəsilə qadınların kiber təhlükəsizlik şirkətlərində liderlik mövqelərinə çatmasına kömək etməkdir. Kaspersky-nin yeni kursu bunun üçün növbəti yaxşı fürsətdir. Bu, kibertəhlükəsizliyin tamamilə bir kişi sahəsi olduğu qərəzini yıxmağa kömək edir. Onlayn təlimin köməyi ilə təşkilatımızın üzvləri məlumatların təhlili və monitorinqi üzrə praktiki bacarıqlarını inkişaf etdirə və təhdid və hücumların mənbələrini tanımağı öyrənə biləcəklər. Bundan əlavə, proqram, qadınları digər oxşar texniki bacarıq təhsillərini axtarmağa təşviq edə bilər,” deyə CEFSYS-in qurucusu və prezidenti Nasira Salvan deyib.


Bu, Kaspersky-nin kibertəhlükəsizliyi mütəxəssisləri üçün internetdə təqdim olunan ilk təlimidir. Daha çox məlumatı buradan əldə edə bilərsiniz: https://xtraining.kaspersky.com/


*Dünyanın müxtəlif yerlərində çalışan və kiber təhdidlərin və onlara qarşı mübarizə vasitələrinin  öyrənilməsi ilə məşğul olan 40-dan çox yüksək ixtisaslı mütəxəssisdən ibarət qrup. Bu mütəxəssislər kiber casusluq və kiber təxribat kampaniyaları da daxil olmaqla ən mürəkkəb hücumların araşdırılmasında qazandıqları uğurlarla tanınırlar.


**"Biznesin informasiya təhlükəsizliyi" araşdırması 2019-cu ildə B2B International ilə birlikdə Kaspersky tərəfindən həyata keçirilmişdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə