Bank VTB (Azərbaycan) müştərilərin rahatlığı üçün şənbə günləri də kredit verməyə başlayıb. Əvvəllər şənbə günü kredit üçün müraciət qəbul olunurdu, müraciətin baxılması və kreditin verilməsi isə həftə içi həyata keçirilirdi. İndi müştərilər bankın istənilən filialına şənbə günü saat 10.00-dan 16.00-dək kredit üçün müraciət edib, elə həmin gün kredit əldə edə bilər. Müştərilər nağd pul krediti, yenidənmaliyyələşdirmə, kredit kartı və əmanət girovlu kredit məhsulları üzrə müraciət edə bilər.
“Əksər hallarda pul vəsaiti üçün müraciət edən şəxslər həftə içi çalışdıqları üçün iş günlərində banka gələ bilmir. Müştərilərimizin rahatlığını düşünərək biz onlara krediti şənbə günlərində əldə etməyə imkan veririk”- deyə, bank VTB (Azərbaycan)-ın Satışların inzibatçılığı və şəbəkənin inkişafı şöbəsinin müdiri Elmar İbrahimov bildirib.
Bundan başqa, şənbə günü müştərilər geniş çeşiddə bank xidmətlərindən, o cümlədən cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, depozit hesabların artırılması kimi xidmətlərdən yararlana bilər. Eləcə də müştəriləri filiala kredit ödənişləri, kredit sifarişlərin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət edə bilər.
Filialların işi ilə bağlı ətraflı məlumatı bankın saytından, eləcə də 986 qısa nömrəsi və ya WhatsApp (+994 55 214 09 86) vasitəsi ilə etmək mümkündür.
Bütün hüquqlar qorunur © 2024