Təqvim
Unibank daha üç vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu - FOTO
03 sentyabr 2020 - 15:06

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank daha üç vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Leyla Əhmədova, Gülmira Daşdəmirova və Şahin Əsgərov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandırlar. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.


Gülmira Daşdəmirova: “Bu layihə haqda eşidəndə gedib müraciət elədim. İllərdir bu işlə məşğul olsam da, avadanlıqlarım olmadığından və onları almağa imkanım çatmadığı üçün şəxsi salonumu qurmaq arzu olaraq qalırdı. Bu gün illərlə mənim üçün əlçatmaz olan bir arzuma çatdım. Çox sevincliyəm və bu işdə dəstək olan hər kəsə minnətdaram”.


Şahin Əsgərov: “Mənim bu işlə bağlı həmişə planlarım olub. Amma avadanlıqlar baha olduğu üçün arzumu reallaşdıra bilməmişəm. Sevinirəm ki öz işimi quracam, gəlirlərim artacaq. Layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.



Leyla Əhmədova: “Bu tarix hər zaman mənim üçün ən böyük arzumun həyata keçdiyi gün kimi yadımda qalacaq. Öz sevimli işimlə məşğul olacam, bundan gəlir götürəcəm. Bu çox gözəl hissdir. “Unibank”a da, bizə bu imkanı yaradan bütün təşkilatlara, şəxslərə də minnətdaram”.



Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.



Unibank-hər kəsin bankı!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BİZNES
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə