Təqvim
AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib - FOTO
03 sentyabr 2020 - 14:39

Sentyabrın 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai Şurasının onlayn iclası keçirilib. İctimai Şuranın sədri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, məqsəd AzTU-da yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələri müzakirə etməkdir.


Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, qarşıda duran vəzifələrdən danışıb. Rektor eyni zamanda yeni tədris ilində gənc magistrlərin assistant kimi işə qəbul olunması, tədris prosesinin və akademik yükələrin optimallaşdırılması, yeni tədris planlarının müasir trendlərə uyğunlaşdırılması barədə məlumat verib.  Bildirilib ki, pandemiya səbəbindən yeni tədris ilində dərslər onlayn formada başlayacaq. Ötən tədris ilinin ikinci semestrindən fərqli olaraq onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Dərslərin “Microsoft Teams” platforması üzərindən təşkili üçün lazımi hazırlıq işləri həyata keçirilib. Eyni zamanda internet problemi olan tələbələr də müəyyən olunub. Belə tələbələr onlayn dərslərə qoşulmaq üçün internet paketi ilə təmin ediləcək.


Texniki xarici dilin öyrədilməsinin vacibliyini qeyd edən rektor artıq AzTU-da xarici dilin tədrisi ilə bağlı da yeni qaydaların tətbiq edildiyini bildirib. Belə ki, Türkiyənin OSTİM Texniki Universitetinin planı əsasında aparılacaq tədris 4 səviyyədə icra olunacaq.


O da vurğulanıb ki, AzTU-nun 2020-2030-cu illər üzrə strateji inkişaf planı hazırlanıb və görüləcək işlər sənəddə qeyd olunan ardıcıllıqla davam etdirilir.


İclasda AzTU-nun İctimai Şurasının üzvləri -  millət vəkilləri Zahid Oruc və Etibar Əliyev, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və universitetin Ağsaqqallar Şurasının üzvü Vaqif Mövlazadə görülən işlərlə bağlı fikirlərini bildirib və təkliflər verib. AzTU-da son dövrlərdə gedən islahatlar, o cümlədən onlayn tədrislə bağlı görülən işlər müsbət qiymətləndirilib. Bu təcrübənin digər ali təhsil müəssisələrində də tətbiq olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə