Təqvim
VTB (Azərbaycan) WhatsApp-da virtual köməkçi yaratdı
01 sentyabr 2020 - 21:01

VTB (Azərbaycan) WhatsApp-da çat-bot xidmətini işə salıb. İndi populyar mesencer istifadəçiləri üç dildə bank xidmətlərindən elə  WhatsApp-da yararlana bilər. Servis müştərilərə ödəniş və köçürmələr etməyə, kredit rəsmiləşdirməyə və ya depozit açmağa, öz xərclərinə nəzarət etməyə və bir sıra bank əməliyyatlarını həyata keçirməyə imkan verir.


Bunun üçün virtual köməkçi Direct-in nömrəsini (+ 994) 70 214 09 86 WhatsApp-dakı əlaqələrə daxil etmək və çata başlamaq kifayətdir. Hazırda Direct vasitəsilə hesabdan köçürmələr (o cümlədən digər bank kartlarına köçürmələr), 100-dən çox xidmət haqqı üzrə ödəniş (kommunal, mobil, sığorta və s.), kreditin, depozitin və kartın sifarişi, hesablar üzrə ödəniş, hesabdan çıxarışın alınması və digər xidmətlər mövcuddur. Bir sıra əməliyyatları QR-kod vasitəsilə həyata keçirmək mümkündür.


 Bundan başqa, WhatsApp-da müştərilər virtual Visa Direct kartını pulsuz əldə edə bilər. Bunun üçün ərizə doldurmaq və kartın buraxılışını gözləməyə ehtiyac yoxdur: kartı bir neçə dəqiqə ərzində əldə edib və dərhal istifadə etmək olar.


“Biz müştərilər üçün rahat yerlərdə onları distant xidmətlə təmin etməyə çalışırıq. Ilin əvvəlində biz Facebook sosial şəbəkəsinin mesencerində çat-bot xidmətini tətbiq etdik və müştərilərdən xeyli müsbət rəylər aldıq. İnsanlar üçün ünsiyyət qurduqları yerdə xidmətdən istifadə etmək rahatdır. Biz distant kanalların genişləndirilməsi istiqamətində işlərimizi davam etdiririk və bu gün artıq müştərilərimiz öz maliyyə məsələlərini Azərbaycanda ən populyar mesencerlərdən biri olan  WhatsApp-da həll edə bilər. Bu xidmət Facebook-dakı Direct rəqəmsal bankı ilə tam sinxronizə edilib, bu da müştərilərə hər iki platformadan paralel olaraq yararlanmağa imkan verir”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitri Qalaşev bildirib.


Direct WhatsApp-da azərbaycan, rus və ingilis dillərində 24/7 rejimində fəaliyyət göstərir. Bota rahatlıqla daxil olmaq üçün QR-kodu skan etmək kifayətdir:

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BİZNES
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə