Təqvim
Bank VTB (Azərbaycan) sahibkarlara dəstək dövlət proqramlarına qoşulub
28 avqust 2020 - 18:13

Bank VTB (Azərbaycan) İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın inkişafı fondu ilə birgə COVİD-19 pandemiyasından zərər çəkmiş sahibkarlara dəstək proqramları üzrə işə başlayıb.


Birinci proqram kredit məbləğinin 60%-dək həcmində dövlət zəmanətinin təminatı ilə güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Faiz dərəcəsi 15%-dək təşkil edir və bunların 50%-i Fond tərəfindən subsidiyalaşdırılır. Belə ki, sahibkarlar üç il müddətinə illik 7,5 % ilə maliyyələşmə əldə edə bilər. Müştərilərin rahatlığı üçün kredit üzrə müraciəti onlayn rejimdə elektron portal  https://e-edf.gov.az vasitəsilə etmək mümkündür.



İkinci proqram çərçivəsində bank 10 mart 2020-ci il tarixinədək verilmiş cari kreditlər üzrə faiz subsidiyası təqdim edir. Subsidiya kreditin müqavilə üzrə qüvvədə olan faiz dərəcəsinin 10 faizlik bəndini kompensasiya etməyə imkan verir. Kreditin illik faiz dərəcəsi 10%-dən aşağı olduğu halda isə, subsidiya kreditin tam faiz dərəcəsi həcmində verilir. Subsidiya ödənilmiş və ya ödənilməmiş faizlər üzrə,  2020-ci ilin mart ayından kredit öhdəliyinin icra müddətinin sonuna kimi, ancaq  2021-ci ilin fevral ayından gec olmayan  müddətə verilir.



“Biznesə dəstək proqramlarının hazırlanması pandemiyanın iqtisadi sabitliyə neqativ təsirlərini minimuma endirmək istiqamətində atılan mühüm addımdır. Bank VTB (Azərbaycan) sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Biz Sahibkarlığın inkişafı fondu ilə birgə pandemiyada zərər çəkmiş biznesə yardım etməyə hazırıq. Bu proqramlar sahibkarlara maliyyə yükünü azaltmağa və çətin dövrü az itkilərlə keçməyə imkan verəcək“ – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilov bildirib.



COVİD-19 pandemiyasında zərər çəkmiş biznesə dəstək dövlət proqramlarının imkanları barədə sahibkarları maarifləndirmək məqsədilə bank VTB (Azərbaycan) və Sahibkarlığın inkişafı fondu birgə vebinar keçirib,  müştərilərə kredit yardımının necə alınması barədə məlumat verib və sahibkarları maraqlandıran sualları cavablandırıblar.


Proqramlar haqqında əlavə məlumatı bankın saytında əldə etmək mümkündür.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BİZNES
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə