Təqvim
Kaspersky sənaye tədqiqat laboratoriyaları və universitetləri ilə əməkdaşlıq proqramına başlayır
27 avqust 2020 - 18:04

Kaspersky, sənaye laboratoriyaları ilə əməkdaşlıq proqramına başladığını elan edir. Proqram çərçivəsində təhsil müəssisələri, sənaye şirkətlərinin araşdırma bölmələri, təhlükəsizlik monitorinqi mərkəzləri (SOC), fövqəladə yardım qrupları (CERT və CSIRT) öz tədqiqat keyfiyyətlərini və müəxəssis ixtisaslarını artırmaq üçün Kaspersky Industrial CyberSecurity və Kaspersky Machine Learning for Anomaly Detection həllərindən istifadə edə biləcəklər.

Sənaye təşkilatları texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərini (AİS) müxtəlif kiber hücumlardan qorumaq zərurəti ilə qarşılaşırlar. Təkcə 2019-cu ildə Kaspersky məhsulları dünya miqyasında AİS kompüterlərinin demək olar ki, yarısında (46%) zərərli obyektləri bloklayıb. Müxtəlif ölkələrdəki elmi institutlar sənaye prosesləri və sistemləri üçün riskləri, həmçinin sənaye müəssisələrində kiber təhlükəsizlik proseslərinə olan tələbləri azaldacaq metodlar hazırlayırlar. Satıcıların tədqiqat təşkilatları ilə sıx əməkdaşlığı, müxtəlif sənaye sahələrində yeni hücum vektorlarının aşkarlanması və bloklanması üçün yeni texnologiyaların təkmilləşdirilməsinə kömək edəcəkdir.

Proqram iştirakçıları tədqiqat və təhsil məqsədləri üçün Kaspersky vasitələrindən və təcrübələrindən istifadə edə biləcəklər. Şirkət tərəfindən təqdim olunan texnologiyalar kiber təhlükəsizlik metodlarını hazırlamaq və sınaqdan keçirmək, hücumları və onların istehsal sistemlərinə təsirlərini təhlil etmək, kiber təhlükəsizlik mütəxəssislərinin ixtisasını artırmaq, həmçinin təhsil proqramları, kiber təhlükəsizlik siyasəti və AİS standartları hazırlamaq üçün istifadə edilə bilər.

Texnoloji proseslərin modelləşdirilməsi üçün sınaq platformasına, sənaye kibertəhlükəsizliyi ilə bağlı öz təhsil və ya tədqiqat proqramlarına malik olan təşkilatlar, həmçinin müvafiq mütəxəssislər proqramda iştirak etməyə dəvət olunurlar.

"Yalnız sənaye prosesləri deyil, həm də kiber təhdidlər durmadan mürəkkəbləşir. Təşkilatlar sistemləri çox tez hazırlayır və onların qorunma dərəcələri sistemin uğurlu tətbiqi üçün açar rolunu oynayır. Yeni Kaspersky tətbiqi, təhdidləri aşkar etmək üçün lazımlı vasitələrdən və şirkətin sənaye kibertəhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin ixtisasını artırmaq üçün uzun illərə dayanan təcrübəsindən istifadə imkanı verir. Bu, sənaye təşkilatlarına mürəkkəb və hədəfli hücumlardan qorunmağa kömək edən məlumatı əldə etməyə kömək edir,” deyə Kaspersky Industrial Cybersecurity (Kaspersky Sənaye Kibertəhlükəsizliyi) inkişafı üzrə menecer Anton Şpulin bildirib.

Kaspersky artıq bir sıra təhsil və tədqiqat təşkilatları ilə, xüsusən də Moskva Energetika İnstitutu, İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Kazan Dövlət Energetika Universiteti, Cənubi Ural Dövlət Universiteti, İ.N. Ulyanov adına Çuvaş Dövlət Universiteti ilə bu cür əməkdaşlıq təcrübəsinə malikdir.

Proqram haqqında daha ətraflı məlumatı buradan oxuya bilərsiniz: https://ics.kaspersky.ru/media/RU_Industrial-Cybersecurity-Research-Lab-Colab.pdf.
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə