Təqvim
Məktəblilərimizdən sevindirici xəbər: 1 qızıl, 3 gümüş
24 avqust 2020 - 16:58

“IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərimiz böyük uğura imza atıblar.

Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyyədinov, Sədiyar Qafarov və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüblər.

Bununla da sözügedən olimpiadada 1994-cü ildən iştirak edən şagirdlərimiz tərəfindən ümumilikdə 3 qızıl, 9 gümüş və 12 bürünc medal əldə olunmuş sayılır.

1992-ci ildən Azərbaycanı müxtəlif olimpiadalarda təmsil edən məktəblilər 29 qızıl, 205 gümüş və 263 bürünc medal olmaqla ümumilikdə 497 medal əldə ediblər. 2013-cü ildən bu günə qədər 8 qızıl, 53 gümüş və 133 bürünc medal olmaqla, 194 medal  qazanılıb ki, bu da bütün medalların təxminən 40 faizini təşkil edir.

Qeyd edək ki, 7-12 avqust tarixlərində virtual təşkil edilən bilik yarışına 52 ölkədən 200-dən çox şagird qatılıb. Yarışa hazırlıq prosesi artıq 6 ildir ki, fəaliyyət göstərən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib.

Xatırladaq ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil edilən hazırlıq prosesinə hər il müxtəlif yaş qrupları üzrə 300-ə yaxın şagird cəlb edilir. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə şagirdlər VI-VII sinif şagirdləri arasında keçirilən Fənn müsabiqələri və ya Respublika fənn olimpiadası qalibləri arasından seçilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə