Təqvim
BANM “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təkrar ali təhsil üçün sənəd qəbulu elan edir
22 avqust 2020 - 13:57

Bakı Ali Neft Məktəbi (BANM) 2020/2021-ci tədris ilində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təkrar ali təhsil almaq üçün qiyabi şöbəyə sənəd qəbulu elan edir:


Tədris ödənişli əsaslarla distant və ya qiyabi formalarda təşkil edilir. Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Bakı Ali Neft Məktəbi arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir.


-    Rektorun adına ərizə.
-    göndəriş-zəmanət məktubu (məktubun əsli poçtla və ya şəxsən təqdim edilir).
-    əmək kitabçasının surəti (hazırda işləməsi göstərilmək şərtilə).
-    ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri.
-    sağlamlıq haqqında arayış.
-    şəxsiyyəti təsdiq edən sənəd.
-    3/4 sm ölçüdə 4 ədəd fotoşəkli.


Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra BANM-də təkrar ali təhsil ala bilər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar. Qəbul zamanı dövlət orqanlarının tövsiyə məktubu ilə gələn şəxslərə üstünlük verilir.


Sənədlərin qəbulu 20 sentyabr 2020-ci il tarixinə qədər saat 10:00-dan 17:00-dək (şənbə və bazar günləri istisna olmaqla) BANM-in Xətai korpusunda (Xocalı pr. 30, otaq 301) aparılacaqdır.
 


Əlaqə telefonu – 521 31 09 (Tədris-metodiki şöbə)


E-mail - khalil.ismayilov@socar.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə