Təqvim
Gömrük Akademiyasında “Beynəlxalq ticarət və logistika” ixtisası abituriyentlərə yeni imkanlar yaradır
20 avqust 2020 - 13:35

2020/2021-ci tədris ilindən Dövlət Gömrük Komitəsinin Akademiyasında "Beynəlxalq ticarət və logistika" ixtisasına qəbul həyata keçirilir. Sözügedən ixtisasla bağlı sualı cavablandıran  Akademiyanın "İxtisas fənləri" kafedrasının müdiri Elvin Əlirzayev bildirib ki, bu ixtisas üzrə oxuyan hər bir tələbə tədris prosesində ilk iki il müddətində iqtisadiyyat elminin baza fənlərini öyrənəcək. "Həmçinin beynəlxalq ticarət, beynəlxalq logistika, beynəlxalq biznes, beynəlxalq ticarət hüququ, beynəlxalq nəqliyyat əməliyyatları kimi beynəlxalq bizneslə və logistika ilə birbaşa əlaqəli fənləri mənimsəyərək, lazımı elmi-praktiki biliklərə sahib olacaq. Bununla yanaşı, beynəlxalq ticarət və logistikanın əsas halqası olan gömrük işi sahəsində yetərli bilik əldə etmək üçün gömrük işinin təşkili və menecmenti, gömrük nəzarəti və rəsmiləşdirməsi, xarici iqtisadi fəaliyyətin gömrük tarif tənzimlənməsi, gömrük logistikası, gömrük ekspertizası kimi fənlər tədris olunacaq.



Eyni zamanda, inkişaf edən qlobal iqtisadiyyatı tam başa düşmək üçün elektron ticarət, həmçinin beynəlxalq ticarətdə rol alan beynəlxalq iqtisadi təşkilatlar, beynəlxalq marketinq, risk menecmenti və sığorta kimi yeni fənlərin tədrisi də nəzərdə tutulur " - deyə Elvin Əlirzayev bildirib.



İlk iki ildə tələbələrə intensiv olaraq praktiki və ixtisas yönümlü ingilis dilinin tədris olunacağını diqqətə çatdıran kafedra müdiri onu da vurğulayıb ki, bu ixtisas üzrə təhsil alanlara "Karyeranın planlanması" fənni tədris olunacaq ki, bu da tələbələrə birinci kursdan öz karyeralarını qurmağa yardımçı olacaq. "Bundan əlavə, tələbələr gömrük orqanlarında uzunmüddətli və ya intensiv olaraq təcrübə keçmək imkanlarına sahib olacaqlar" - deyə kafedra müdiri qeyd edib.



O, həmçinin tədris prosesinin ilk illərindən tələbələrə karyeranın planlaması, eləcə də yumşaq və sərt bacarıqların nəzəri və praktiki şəkildə öyrədiləcəyini bildirib:



"Bu ixtisası uğurla bitirən hər bir məzun beynəlxalq səviyyədə iqtisadiyyat, biznes, ticarət və logistika sahələrində yetərli biliyə sahib olmaqla, ölkə və qlobal iqtisadiyyatda baş verən prosesləri doğru təhlil etmək bacarığına sahib olacaq. Eyni zamanda, bu sahənin ən kiçik halqasından ən böyük halqasına qədər ətraflı öyrədildiyinə, biznesi qurma, onu inkişaf etdirmə, qlobal brendə çevrilmə, eləcə də buradakı gömrük proseslərinin bütün praktiki tərəfləri tədris olunduğuna görə, gömrük əməliyyatlarını tam yerinə yetirə bilən mütəxəssis hazırlanacaq."

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə