Bank VTB (Azərbaycan) Facebook-dakı DİRECT rəqəmsal bankında onlayn ödəniş xidmətini işə salıb. İndi müştərilər elə mesencerdə mobil rabitə, internet və TV, kommunal xidmətləri, cərimə, rüsum və bir sıra xidmətlər üzrə ödəniş edə bilər. Hazırda servis vasitəsilə 100-dən çox xidmət üzrə ödəniş mümkündür.
Bunun üçün messencerin menyusunda “Onlayn ödəniş” funksiyasını seçmək, açılan pəncərədə tələb olunan xidməti tapıb və ödənişi etmək kifayətdir. Bunun üçün istifadəçiyə çat-botda pulsuz təqdim olunan DİRECT virtual kartı lazımdır.
“Biz Facebook-da rəqəmsal xidmətin genişləndirilməsinə dair işlərimizi davam etdiririk. İndi müştərilərimiz üçün istənilən gündəlik ödəniş, mesencerdə ünsiyyət qurmaq qədər rahat olacaq. Bütün bunlar üçün sosial şəbəkədə hesab və çat-bot vasitəsilə 10 saniyə ərzində verilən virtual kart lazımdır” – deyə, bank VTB (Azərbaycan)-ın Rəqəmsal bank layihə ofisinin rəhbəri Kamila Şahbazova bildirib.
DİRECT– 2020-ci ildə VTB tərəfindən Facebook sosial şəbəkəsinin mesenceri bazasında yaradılmış rəqəmsal bankdır. Xidmət vasitəsilə bankın müştəriləri sosial şəbəkədə ünsiyyətlərini davam edərək balanslarını yoxlaya, hesablar üzrə ödəniş edə, kart vasitəsilə ölkə daxilində istənilən karta vəsait köçürə, kredit, depozit və ya kart sifariş edə bilər.
Bütün hüquqlar qorunur © 2024