Təqvim
Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı
11 avqust 2020 - 16:45

Avqustun 12-də “Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə növbəti sınaq imtahanına start veriləcək. Sınaq imtahanlarının keçid linkləri qeyd olunan tarixdən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq.

20 sualdan ibarət olacaq sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək. Sınaq imtahanının sonunda müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər.

Hər müəllim üçün sınaq imtahanında bir dəfə iştirak etmək hüququ verilir. “Kurikulumun tədrisi üzrə vebinarlar”ın sonuncu buraxılışında sualların düzgün cavabları təqdim olunacaq və bununla da artıq 3 aydır ki davam edən “Kurikulumun tədrisi üzrə vebinarlar” başa çatacaq.

Qeyd edək ki, sınaq imtahanı “Virtual məktəb”də  Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edir. Vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir.

İlk dəfə 14-24 iyul tarixlərində təşkil olunan sınaq imtahanlarında 5926 nəfər Azərbaycan bölməsi, 1583 nəfər rus bölməsi olmaqla ümumilikdə 7509 müəllim iştirak edib. Nəticələrə əsasən, iştirakçıların 87 faizi 15-dən çox suala düzgün cavab verərək sınaq imtahanından uğurla keçiblər. 68 nəfər isə təqdim olunan bütün sualları düzgün cavablandırıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə