Təqvim
ADPU TCF “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirib - FOTO
09 avqust 2020 - 13:01

Avqustun 8-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya fakültəsinin (ADPU TCF) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Diaspora nümayəndələri ilə birgə Zoom proqramı vasitəsilə “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirilib. Konfransda 100-ə qədər tələbə və professor-müəllim heyəti iştirak edib. ADPU TCF-nin dekan müavini dos. Mətanət Əsgərovanın moderatorluğu ilə keçirilən konfransda ADPU-nun tədris işləri üzrə prorektoru dos.Eldar Aslanov, Corc Vaşinqton Universitetinin Proqram direktoru doktorant Sevinc Məmmədova, Şimali Dakota Dövlət Universitetinin maliyyə professoru Fariz Hüseynov və Deloitte şirkətinin Vaşinqton ofisinin İnformasiya Texnologiyaları üzrә baş mütәxәssisi Aytәn Әliyeva qlobal pandemiya dövründə onlayn tədrisin təşkilinin üsul və vasitələri, informasiya təhlükəsizliyi məsələləri ilə bağlı beynəlxalq və yerli təcrübədən, bu məsələnin həlli yollarının gələcək perspektivlərindən söz açıblar. Dos. Mətanət Əsgərova konfransın məqsədinin dünyada, Azərbaycanda və ADPU-da distant təhsil sahəsində həyata keçirilən tədbirlər haqqında fikir və təcrübə mübadiləsi olduğunu vurğulayıb. Dos. Eldar Aslanov ADPU rəhbərliyi adından qonaqları salamlayıb, ADPU-nun bu çətin dönəmdə imkanları daxilində maksimum çevik reaksiya verdiyini və hazırda da bütün hallara qarşı lazımi tədbirlər üzərində işlənildiyini, lakin bununla belə bu sahədə dünya xüsusilə ABŞ və digər ölkələrin təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd edib. Daha sonra spikerlər, Sevinc Məmmədova “Pandemiya dövründə Corc Vaşinqton Universitetində onlayn tədrisin təşkili", maliyyə professoru Fariz Hüseynov “Şimali Dakota Dövlət Universitetində Covid-19-la bağlı tətbiq olunan tədbirlər sistemi” və İT üzrə baş mütәxәssis Aytәn Әliyeva “Onlayn təhsildə proqram təminatları və onların təhlükəsizliyi məsələləri” mövzularında ətraflı çıxışlar edib, bu sahədə ABŞ universitetlərinin təcrübələrini bölüşüblər.


ADPU, Taleh MİRZƏYEV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə