AQTA əməkdaşları 249 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib

Təqvim
AQTA əməkdaşları 249 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
08 avqust 2020 - 12:36

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.



Belə ki, AQTA əməkdaşları tərəfindən 7 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 68 ictimai iaşə obyekti, 181 ərzaq satışı mağazası olmaqla ümumilikdə 249 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.



Reyd keçirilən obyektlərdən 70-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.



Bakı şəhəri üzrə:


“Ballı”, “Stop”, “Mir”, “Tünzalə”, “Gülər” marketlər, Əhmədov Ruslan Yaqub oğluna, Sadıqov Züfüqar Mehman oğluna, Məmmədov Məmmədrəhim Oruc oğluna, Əliyev Əli Əjdər oğluna məxsus marketlər
 


Digər şəhər və rayonlar üzrə:


Göyçay rayonunda Abdullayev Çingiz Elbrus oğluna məxsus ət satışı mağazası, Zülfüqarov Əhmədağa Əlisahib oğluna, Əliyev Kamran Gündüz oğluna məxsus marketlər, Məmmədov Abit Bağır oğluna məxsus yeməkxana


Ağsu rayonunda Behbudov Şahin Fəzail oğluna, Muradov Vidadi Əliməcid oğluna, Bağırlı Samir Sabir oğluna məxsus kafelər, Əsədova Aygün Əsəd qızına, Şirəliyev Sadiq İlham oğluna məxsus ərzaq mağazaları, Mustafayev Sabir Rizvan oğluna məxsus bazar


Kürdəmir rayonunda Məmmədova Əminə Əli qızına, Umudov Aqil Cəbrayıl oğluna məxsus ərzaq mağazaları


İsmayıllı rayonunda Cavadzadə Ağasəf Sərvər oğluna, Osmanlı Əli Əhliman oğluna, Babayev Ceyhun Şakir oğluna, Şükürov Müseyib Bəkir oğluna, Ağakişiyeva Qətibə Abdulhüseyn oğluna, Həsənli Fərid Baba oğluna məxsus yeməkxanalar, Mirzəliyev Ramil Əliağa oğluna, Ağamalıyev Heydər Dadaş oğluna, Hacıyev Elşad Beydullah oğluna, Ömərov İmran Füzuli oğluna məxsus kafelər
 

Şamaxı rayonunda Səfərov Şaiq Baloğlan oğluna, Fətəliyev Qahir Təyyar oğluna, Ömərov Vüqar Arif oğluna məxsus ərzaq mağazaları, Rəcəbov Namiq Şərif oğluna məxsus yeməkxana, Canatov Səbri Şakir oğluna məxsus kafe


Şirvan şəhərində “Sünbül” firmasına məxsus restoran, Babayev Vüqar Əliyar oğluna, Rzayev Fərid Faiq oğluna, Təbib Azərpur Adil oğluna, Məmmədov Nihal Seyran oğluna, Dadaşov Elman Ədalət oğluna, Babayev Famil Davaxan oğluna məxsus kafelər


Sabirabad rayonunda “Bizim” kafe, Gülüşov Barat Hüseynqulu oğluna məxsus kafe, “Tonqal” restoranı


Hacıqabul rayonunda “818” , “Alfa”, Eyvazov Sarvan Nizami oğluna, Xəlilov Elsevər İskəndər oğluna, Əkbərov Teymur Əkbər oğluna məxsus kafelər, Zeynalov Mübariz Sədyar oğluna və Qəhrəmanov Məhərrəm Məmmədli oğluna məxsus restoranlar


Ağdam rayonu, Quzanlı qəsəbəsində İsmayılov Vəzirxan Əkbər oğluna, İsmayılov Taryel Şəhadət oğluna, Əsgərov Nizami Kamal oğluna, İsayev Bayram Gülşad oğluna, Zeynalov Rəfael Mahmud oğluna məxsus marketlər


Şəmkir rayonunda “Alaxançalı”, “Çingiz”, “Olivia”, “Tural”, “Lətif”, “Kəhriz”, “Pivə bar” kafeləri


Tovuz rayonunda “Qala”, “Ailəvi”, “Məkan”, “Görüş” kafeləri, Bayramov Əkbər Qabil oğluna məxsus ət satışı mağazası
 


Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə