Təqvim
“Rabitəbank” Qurban bayramı münasibətilə bir ailəni şəxsi biznes sahibi etdi
30 iyul 2020 - 15:34

“Rabitəbank” ASC aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən “Özünüməşğulluq” proqramı çərçivəsində təşəbbüskar addımlarını davam etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində “Rabitəbank” daha bir vətəndaşımızı şəxsi biznesini yaratmaq arzusuna çatdırdı. Bu dəfə həm də Qurban bayramı münasibətilə Şamaxı sakini Qurbani Ağayev Ağası oğluna ailə təsərrüfatının qurulmasına, həmçinin inkişafına təkan verəcək 3 ədəd yerli cins inək və onların uzunmüddətli yem ehtiyatı Bank tərəfindən əvəzsiz olaraq təqdim edilib. Qurbani Ağayev “Rabitəbank” kollektivinə öz təşəkkürünü bildirib: “Müqəddəs Qurban bayramında ailəmizin ruzisi sizdən gəldi, daimi gəlir mənbəyimiz və öz ailə təsərrüfatımız formalaşdı. Göstərdiyi təqdirəlayiq addıma görə “Rabitəbank”a və bu proqramın bütün tərəfdaşlarına minnətdarlığımı bildirirəm.”

Özünüməşğulluq proqramı hazırda koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım olaraq əhalinin əmək məhsuldarlığının, iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına və əlavə iş yerlərinin yaranmasına zəmin yaradacaqdır.

Korporativ sosial məsuliyyət “Rabitəbank”ın əsas fəaliyyət istiqamətlərdən biridir. Bank ilin sonunadək ölkənin fərqli regionlarında, eləcə də paytaxtda aztəminatlı vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək.

"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BİZNES
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə