Təqvim
Unibank 2020-ci ilin birinci yarısını mənfəətlə başa vurub
21 iyul 2020 - 21:57

“Unibank” KB ASC 2020-ci ilin ilk 6 ayının maliyyə nəticələrini açıqlayıb. 30 iyun 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 9 milyon manat təşkil edib. İkinci rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 5 milyon manat olub. 2019-cu ilin birinci yarısı ilə müqayisədə 2020-ci ilk yarısında “Unibank”ın faiz gəlirləri 6% artaraq  42 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 715  milyon manat olub.


İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində artım qeydə alınıb. Hesabat dövrünə Bankın məcmu kapitalının həcmi 5 % artaraq 84 milyon manata çatıb.


2020-ci ilin ilk yarısı ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 77 milyon manat (və ya 17%) artaraq 523 milyon manata çatıb. İlin ilk 6 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin uyğun dövrü ilə müqayisədə 8 % artıb. Cari yarımillikdə biznes sektoruna ayrılmış kreditlərin məbləği 55 milyon manat təşkil edib. Kiçik və orta sahibkarlara verilmiş kreditin orta məbləğində də 1,7 dəfədən çox artım qeydə alınıb. Unibank Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində may ayından başlayraq 1 milyon manatdan çox kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.


Birinici yarım il ərzində “Unibank”ın depozit portfeli 440 milyon manat təşkil edib.


Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin ilk yarısı ilə müqayisədə 30 iyun 2020-ci il tarixinə yalnız debet kartlarının sayında 37 % artım qeydə alınıb.


Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.


Unibank- hər kəsin bankı!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BİZNES
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə