AQTA tərəfindən koronavirusun (COVID-19) profilaktikası çərçivəsində 229 müəssisədə reyd keçirildi

Təqvim
AQTA tərəfindən koronavirusun (COVID-19) profilaktikası çərçivəsində 229 müəssisədə reyd keçirildi
14 iyul 2020 - 14:06

 

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

13 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 44 ictimai iaşə obyekti, 185 ərzaq satışı mağazası olmaqla ümumilikdə 229 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 81-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
 


Bakı şəhəri üzrə:


Ağayev Yusif Əli oğluna, Mirzəyev Valeh İbrahim oğluna, Əhmədzadə Fərid Mirağa oğluna, Ocaqverdiyev Natiq Durasan oğluna, Aşımov Akif İnqilab oğluna, Babayev Hüseyn Rza oğluna, Məmmədov Əhəd Həmzə oğluna, İsmayılov Elməddin Şakir oğluna, Məhərrəmov Elməddin Sultanhəmid oğluna və Quliyev Yusif Mirzə oğluna məxsus ərzaq mağazaları, “Güvən” market, “ƏVOA” MMC-yə məxsus Yasamal və Səbail rayonunda marketlər
 


Digər şəhər və rayonlar üzrə:


- Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Rahat” market

- Siyəzən rayonunda “Göl” kafesi

- Xaçmaz rayonunda Ağayev Nizami Əmirağa oğluna məxsus ət satışı mağazası

- Quba rayonunda “Şane”, “Roman”, “Shisha garden”, “Olimp” restoranları, “Göl” kafesi

- Göyçay rayonunda “Panorama”, “Tontiş”, “Qədiş” kafelər, Həsənov Neyman Gülbala oğluna, Xəlilov Müqəddəs Sirac oğluna, İbrahimov Ehtibar Rafiq oğluna məxsus dönərxanalar, Məmmədov Yasin Vahid oğluna, Səfərəliyeva Afaq Əsgərağa oğluna məxsus yeməkxanalar, Rüstəmov Atakişi Xəqani oğluna və Zamanov Rafiq Gülməmməd oğluna məxsus restoranlar

- Ağdaş rayonunda “Sərin”, “Bir inci”, “Ağdaş”, “Xırdalan”, “İKA”, “Ailəvə”, “Halal”, “1001 Gecə”, “Kral”, “Çinar” restoranları, “Şamil”, “Elxan”, “Su səsi” kafeləri, Qarayev Telman Şahmurad oğluna məxsus kafe və Əhmədov Natiq Mahmud oğluna məxsus yeməkxana

- Zaqatala rayonunda Bayramova Hürü Qürbət qızına, İsmayılova Səidə Kamal qızına, Aydayeva Ayşə Məhəmməd qızına məxsus ərzaq mağazaları

- Balakən rayonunda Kiçiliyeva Arzu Şəmsəddin qızına məxsus ərzaq mağazası

- Qəbələ rayonunda “Kabab” və “Dönər evi” dönərxanaları və “Dondurma” kafe

- Astara rayonunda “Rahat” və “Qardaşlar” ərzaq mağazaları

- Goranboy rayonunda Babayeva Gülnar Rüstəm qızına məxsus ərzaq mağazası

- Daşkəsən rayonunda Həlilzadə Səadət Ellər qızına məxsus kafe, “Versal” restoranı, Əliyev Maarif Əsgər oğluna, Hüseynov Şahbar Novruz oğluna, Qurbanova Ahuzər İlyas qızına məxsus yeməkxanalar, "Araz supermarket", “Bizim” marketlər, İmamverdiyeva Niyar Abbas qızına və Məmmədov Xəyal Akif oğluna məxsus ərzaq mağazaları

- Naftalan şəhərində “Bahar” və “Turan” yeməkxanaları, Rəhimov Rahib Arzu oğluna məxsus dönərxana

- Qazax rayonunda “Loğman”, “Şamlıq” kafelər, Nəbiyev Mehdi Akif oğluna və Ərəbov Hacı Murad oğluna məxsus ət satışı mağazaları

- Ağstafa rayonunda “Şans” kafe

- Şəmkir rayonunda Hadıyev Anar Sadəddin oğluna, İsmayılov Elçin Firudin oğluna, Camalzadə Anar Nəriman oğluna məxsus ət satışı mağazaları

- Ucar rayonunda “24 saat” market

- İmişli rayonunda “Tərəkəmə”, “Gilavar” restoranları

- Beyləqan rayonunda “Xan çinarı”, Səmədov Rəvan Həmzəağa oğluna məxsus yeməkxana
 


Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə