Təqvim
Buraxılış imtahanlarında maksimal bal toplayan Hüseyn Abdullayev: “Ən böyük arzum Bakı Ali Neft Məktəbinə daxil olmaqdır”
03 iyul 2020 - 14:59

Dövlət İmtahan Mərkəzinin 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrininə əsasən, Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev 300 bal toplayaraq maksimal nəticəyə nail olub. Hüseyn deyir ki, ən böyük arzusu qəbul imtahanlarında da maksimal bal toplayaraq, Bakı Ali Neft Məktəbinə daxil olmaqdır.
 


-    Hüseyn ilk olaraq, 20 mindən çox məzun arasından belə yüksək nəticə əldə etməyiniz münasibəti ilə sizi təbrik edirik, gəlin, bir qədər sizi tanıyaq.


Diqqətiniz üçün təşəkkür edirəm. Mən Hüseyn Abdullayev Ağsu rayonunda anadan olmuşam. Orta təhsilimə Xətai rayonu 264 saylı tam orta məktəbdə başlasam da, 3-cü sinifdən etibarən Xırdalan şəhəri 1 saylı məktəbdə təhsilimi davam etdirmişəm. Elə, həmin məktəbdən də bu il məzun olmuşam. “Əlaçı” televiziya verlişinin 9-cu mövsümünün respublika çempionu, “Xəmsə” verlişinin isə iştirakçısı olmuşam. Bundan başqa, bu il Fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıyam.
 


-    Buraxılış imtahanında belə yüksək nəticəyə necə nail oldunuz?
 


Uğurumun səbəbi daha çox çalışmaq, elmə olan həvəsim, onlayn dərslərin uğurlu təşkili oldu. Bundan başqa, əlbəttə ki,  müəllimlərin və valideynlərimin dəstəyi də çox mühüm rol oynadı.
 


-    Niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçmək istəyirsiniz?
 


Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi həqiqətən, respublikanın ən nüfuzlu universitetidir. Bundan əlavə, bu Ali Məktəbdə tədrisin keyfiyyəti, xarici universitetlərlə əməkdaşlıq əlaqələri (Heriot-Vatt xüsusilə) də diqqətimi cəlb edir.
 


-    Hansı ixtisas üzrə hazırlaşırsınız?
 


Hələ tam dəqiq qərar verməmişəm. Lakin, böyük ehtimal Proseslərin avtomatlaşdırılması mühəndisliyi və ya İnformasiya təhlükəsizliyi ixtisasları istiqamətində seçim edəcəm. Seçimimin səbəbi həmin ixtisasların gələcəyin ixtisası olmalarıdır.Təbii ki, arzumun reallaşmasında qəbul imtahanlarının ikinci mərhələsində toplanılan bal böyük rol oynayacaq. Yüksək nəticə üçün əlimdən gələni edəcəyəm.
 


-    BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?
 


Hədəfim yüksəkixtisaslı, peşəkar mühəndis olmaq, eləcə də BANM-in köməyi ilə gələcək təhsilimi xarici ölkələrin birində davam etdirməkdir. Düşünürəm ki, bundan sonra ölkəmiz üçün daha faydalı kadr ola bilərəm.
 


-    Son olaraq bilmək istərdik, Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?
 


BANM haqda ilk dəfə qohumumdan eşitmişdim. O da, hazırda Bakı Ali Neft Məktəbinə qəbul olmaq üçün hazırlaşır. Daha sonra özüm də araşdırdım və qərar verdim ki, mən bu ali təhsil müəssisəsində təhsil almalıyam.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə