Təqvim
Yük avtomobillərində dərman preparatları və mobil telefonlar aşkar edildi
24 iyun 2020 - 16:00

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefon və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Gömrük yoxlaması zamanı avtomobillərdən birində olan noutbuk çantasının içərisindən 4 ədəd "iPhone" markalı mobil telefon, digər nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən isə 6 ədəd "iPhone" markalı mobil telefon və 3883 kapsul dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə