Təqvim
KTN ilə Fransa Sahibkarlar Təşkilatı (MEDEF) arasında onlayn görüş keçirilib
10 iyun 2020 - 16:58

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Fransa Sahibkarlar Təşkilatının (MEDEF) Fransa-Azərbaycan Biznes Şurası və ölkəmizin Fransadakı səfirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq mövzusunda onlayn görüş keçirilib.

Onlayn görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, “MEDEF International”ın icraçı direktoru Filip Gautier, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın Azərbaycandakı səfiri Zəkəriyyə Qros, “MEDEF International” təşkilatının Avropa və Asiya bölməsinin direktoru Boqdan-Qaden-Firçak, Azərbaycanın Fransadakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə diplomatı Suliddin Məmmədov, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə,  eləcə də hər iki ölkədən 34 şirkətin rəhbəri iştirak edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Nazir Azərbaycanda hökumətin görmüş olduğu qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğunu bildirib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsindən söz açaraq kənd təsərrüfatının, aqro sənayenin prioritet sahələrdən olduğunu diqqətə çatdırıb. Səfir qeyri-neft sektorunun inkişafına verilən önəmdən, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin geniş potensialından danışıb.

Onlayn görüşdə postpandemiya dövrü və iqtisadiyyatın şaxələndirilməsi kontekstində Azərbaycanın aqrar və aqro-ərzaq sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə modernləşmə, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, onlayn görüş Fransanın kənd təsərrüfatı sahəsində qida məhsulları və texnikalarının beynəlxalq mübadiləsinin inkişafı üzrə ən böyük assosiasiyasının (ADEPTA) və “MEDEF International” Fransa-Azərbaycan Sahibkarlar Şurasının əməkdaşlarının Bakıya son səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə qurulan əlaqələrin davamı kimi təşkil olunub.

Xatırladaq ki, “MEDEF International” Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir. ““MEDEF International” Fransa-Azərbaycan Biznes Şurası çərçivəsində Azərbaycan bazarı ilə maraqlanan fransız şirkətlərinə yüksəksəviyyəli,  imtiyazlı platforma, məlumat və kollektiv dəstək təklif edir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İnşaat və əmlak
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə